İrəvandan şok etiraf: 2996 ölü hərbçi ilə bağlı ekspertiza başa çatdı

372

Ermənistan 44 günlük Qarabağ döyüşlərindəki itkiləri barədə ilk dəfə ciddi etiraf edib.

Erməni mediası xəbər verir. Ermənistanın Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Azərbaycanla döyüşlərdə ölmüş 2996 hərbçi ilə bağlı məhkəmə tibbi ekspertiza həyata keçirilib. “Müharibə başlayandan 1816 hərbçi ailəsindən, 993 hərbçi meyitindən DNK nümunəsi götürülüb”,- deyə Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyanın yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, öldürülmüş hərbçilərin şəxsiyyətinin aydınlaşdırılması istiqamətdə araşdırmalar davam etdirilir.

Rəsmi məlumatda həmçinin bildirilir ki, dünənədək Qarabağdakı qondarma rejimi 27 sentyabr döyüşlərindən sonra 1 779 “hərbçi” (əslində terrorçu-red.) itirib.

Qeyd edək ki, biz əvvəlki günlərdə də diqqəti yalnız Qarabağdakı qondarma rejimin itkilərinin açıqlanmasına çəkirdik və Ermənistanın məhv edilmiş hərbçilərlə bağlı məlumatları gizlətdiyini qeyd edirdik. Artıq Nikol Paşinyan “sandığı” açıb və itkilərini etiraf etməyə başlayıb, özü də birdən-birə 3 minini! Xatırladaq ki, Ermənistan hələ də yüzlərlə hərbçinin taleyindən məlumat ala bilmədiyini vurğulayır və itkinlərin tapılması üçün Rusiya rəhbərliyindən kömək istəyir. \\Musavat