İrəvanda polis aksiya iştirakçılarına güc tətbiq etdi – VİDEO

90

Ermənistanda gecə saatlarında sakinlər Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyası keçirib.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın Milli Təhlükəsizlik Xidmətinin binasını tərk etməsindən sonra aksiya daha da şiddətlənib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına zor tətbiq edib, onları asfaltın üstündə sürüyərək maşınlara mindiriblər. Hətta polis aksiyanı işıqlandıran jurnalistlərə də güc tətbiq edib.

Xatırladaq ki, ötən gün Ermənistan parlamenti Tsarukyanın deputat toxunulmazlığının ləğvi və həbsi barədə baş prokurur Artur Davtyanın vəsatətlərini qəbul edib.

Tsarukyan özü bunu sifarişli adlandırıb və səbəb kimi son vaxtlar Paşinyan hakimiyyətini sərt tənqid etməsini göstərib.