İrəvanda nümayişçilər hərbi vəziyyətin ləğv edilməsini və Paşinyanın istefasını tələb edirlər

177

Hurriyyet.org xəbər verir ki, İrəvanda parlament binasının qarşısında Ermənistandakı mövcud hərbi vəziyyət rejiminin uzadılmasına və Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilir.

Qeyd edək ki, bu gün erməni parlamentində müxalifət partiyalarının təşəbbüsü ilə hərbi vəziyyətin ləğv edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Sputnik Armenia informasiya agentliyinin yazdığına görə, nümayişçilər həm də Nikol Paşinyanın istefasını tələb edirlər.

Parlament qarşısındakı mitinqdə onlarla insan iştirak edir.