İrəvanda müxalifətçilər parlamentin binasına daxil olmağa cəhd ediblər

336

Hurriyyet.org xəbər verir ki, İrəvanda müxalifətçilər Ermənistan parlamentinin binasına daxil olmağa cəhd ediblər.

İrəvanda yüz nəfərə yaxın mitinq iştirakçısı Baş nazir Nikol Paşinyan ilə görüşmək tələbi ilə çıxış ediblər.  Rusiyanın TASS informasiya agentliyi etiraz aksiyasının iştirakçılarından sitat gətirib: “Bizə daxil olmağa imkan verin. Biz Paşinyanla görüşüb ona demək istəyirik ki, daha o, bizim ölkəmizə hakim deyil. O, getməlidir”.

Aksiya iştirakçıları binanın yaxınlığından keçən maşınların hərəkətinə mane olublar. Polis həbslərə başlayıb. Parlament binası ətrafındakı vəziyyət kəskin olaraq qalır.