İrəvanda mitinqlər davam edir

189

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən qüvvələr parlament binasının qarşısındakı ərazini tərk edərək, İrəvanın mərkəzi meydanına daxil olublar. Burada onlar etirazçıların başqa bir qruplaşması ilə birləşiblər.

Müxalifət qüvvələri Qarabağda atəşkəslə bağlı müqavilə imzaladığına görə, Paşinyanın istefasını tələb edirlər. Onlar bu vəzifəyə ölkənin keçmiş Baş naziri Vazgen Manukyanın namizədliyini irəli sürürlər.