İrəvanda anti-Rusiya dalğası daha da böyüyür

330

“Eçmiədzin Kilsəsi”nin çöküş çağı və “Kilikiya Kilsəsi”nin revanşı

27 sentyabrdan 10 noyabr tarixinə kimi davam edən II Qarabağ Müharibəsi sübut etdi ki, qondarma “Dağlıq Qarabağ” rejimi və Ermənistan heç bir zaman Azərbaycan Ordusunun qarşısında tap gətirə bilməyəcək. Onsuz da defolt durumu ilə üz-üzə qalan Ermənistanın gücü yoxdur ki, müharibəni davam etdirsin. Başqa bir tərəfdən isə, mifik “erməni diasporu” anlayışı da iflasa uğrayıb. Bunun əsil səbəbi xaricdəki erməni təşkilatlarının vergidən yayınma, korrupsiya, xristian qardaşlığı və sair hekayələri keçmir. Nikol Paşinyanın iqtidara gəlməsi onlara qarşı sarsıdıcı zərbəyə çevrildi. Çünki qismən də olsa korrupsiya halları aradan qaldırılıb.

Ermənistanın yaranmış şəraitdən istifadə edə bilməməsi xüsusi mövzudur. Bütün qonşu dövlətlərə qarşı ərazi iddiasını sərgiləyən bu ölkəyə demək olar ki, kimsə etibar etmir. Hətta Tehran molla rejimi ermənipərəst mövqeyini nə qədər önə sürsə də, Ermənistanın iştahının daha da böyüdüyünə görə çox vaxt geri çəkilməli olur. Rusiyanın iqtisadi sanksiyalarla üz-üzə qalması da Ermənistana sarsıdıcı zərbələrdən biridir.

İki meydan və 17 siyasi partiyanın iflası

 

İrəvanda Nikol Paşinyan hakimiyyətinə qarşı çıxan 17 müxalifət patiyasının ardıcıl keçirdiyi istefa mitinqlərində “Teatr Meydanı” və “Hökumət Evi”nin qarşısına toplam 200-300 adam çıxara bilir. “Azadlıq”, “Milli Təhlükəsizlik”, “Milli Gündəm”, “Alyans”, “Milli Həmrəylik”, “Milli Demokratik Birlik”, “Çiçəklənən Ermənistan”, “Daşnaksütyun”, “Erkir Tsirani”, “Alternativ Demokratiya”, “Həmrəylik”, “Milli Liberal Ermənistan İttifaqı”, “Vətən”, “Vahid Ermənistan”, “Respublika”, “Xristian Demokratik İttifaqı”, “Ana Yasa Hüququ Birliyi” partiyaları bir araya gələrək baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. 9 noyabr 2020-ci il tarixdən İrəvanın “Teatr Meydanı” və “Hökumət Evi” binasının qarşısında fasiləsiz mitinqlər keçirən 17 müxalifət partiyası bu aksiyaları istədyi kimi ona görə keçirə bilmir ki, əhali bir daha 1998-2018-ci illərdə hakimiyyətdə olan “Hərbi Xunta” rejiminin iqtidara gəlməsini istəmir. Onlar “Qarabağ” şüarı ilə iqtidara gələrək yalnız öz ciblərini doldurublar. Ölkəni korrupsiya, traybalizm və nepotizm qaydaları ilə idarə ediblər. Daxili və xarici investorların cəlb edilməsinə mane olublar. İyirmi il ərzində 1.5 milyon erməni vətəndaşı ölkəni tərk edib. Rejim xalqa aclıq və səfalətdən başqa heç nə verməyib. Rusiyanın “Hərbi Xunta”ya dəstək verməsini əhali qəbul etmir. Ona görə də antirusiya dalğası İrəvanda böyüməkdədir. Bunun siyasi tərəfi ilə yanaşı, ideoloji və iqtidsadi baxımdan prosesin belə bir həddə gəlməsini zəruri hesab edən əhali “Kilikiya Kilsəsi”nə və Avropaya üz tutmaq zorundadır. Müxalifətin iki meydanda keçirdiyi mitinqləri diqqətlə izləsək onda görərik ki, aksiyalara yaşlı insanlar qatılırlar. Gənclər iki qrupa bölünüblər. Bu, yaşlılar kimi xəstə olanlar və KİV nümayəndələridir. “İrəvanda müxalifət mitinq keçirir” dedikdə əslində onların bəyanatlarını tirajlamağın mənası yoxdur. 17  partiya meydana 1700 nəfər öz tərəfdarını çıxara bilmirsə, deməli “kağız” üzərində mövcuddurlar. Müxaifət “vətəndaş itaətsizliyi” elan etsə də, əhali onların ideyasını müdafiə etmir. Qarabağ həqiqətləri üzə çıxdıqca, erməni əhalinin “hərbi xunta rejimi” tərəfdarlarına qaşrı nifrəti daha da artır. Çünki, uzun illər “Qarabağ” adı altında xunta rejimi tərəfdarları milyardlarla vəsaiti mənimsəyiblər. Alınan silahların köhnə və müasir standartlara cavab verməməsi, II Qarabağ Müharibəsində insani itkilərlə yanaşı, döyüş sursatlarının məhv olması və ya əldən getməsi, ordunun 20 faizlik gücünün qalması demək olar ki, Ermənistanın tamamilə silahsız qalmasına səbəb olubdur. Əhali bütün bunlara görə müxalifəti suçlayır. Dünənin iqitdarı olanlar bu acı problemi erməni cəmiyyətinə yaşadıblar.

 

Katalikos II Qaregin Paşinyanın istefasını nədən tələb edir?

“Hürriyyət” qəzetində 2015-ci ildə “Erməni ordusunda əsgər öılümləri” mövzusunda yazdığımız silsilə araşdırmalarda qeyd edirdik ki: “Erməni cəmiyyəti artıq Eçmiədzin kilsəsi və ya Qriqoryan təriqətinə malik deyil. Xristian dininin  digər cərəyanlarının meydan suladığı ölkəyə çevrilir. Orduda qriqoryan kilsəsinə mənsub olmayanlar ya öldürülür, ya da ağır işgəncələrə məruz qalırlar. Eyni zamanda onları Qarabağda ön cəbhədə xidmətə göndərirlər”.
Nikol Paşinyan 2018-ci ildə iqtidara gələndə “Hürriyyət” qəzetində yazmışdıq: “Nikol Paşinyanın simasında antimüharibə qüvvələri və “Kilikiya Kilsəsi” hakimiyyətə gəldi. Bu, əslində Risiya ilə 200 ildir bir bütün “Qriqoryan Kilsəsi”nin sonudur. II Qarabağ Savaşında ağır məğlubiyyətə uğrayan Ermənistan artıq başa düşür ki, bir daha 1990 -cı illərdəki durumu yaşamayacaq. “Hərbi Xunta rejimi” sayəsində Qarabağa sahib çıxa bilməyəcək. Azərbaycanın topaqlarını işğal edə bilməyəcək. Rusiya artıq siyasi imperializmdən iqtisadi baxımdan liberal görünüşlü neoimperial hədəflər ətrafında siyasət yürdəcək. 1920-ci ildə yatandığı gündən dotasiya ilə yaşayan Ermənistan indi  Rusiyaya lazım deyil. Ermənistan ancaq tranzit ölkəsi kimi öz faydalılığını təqdim edə bilər. 200 ildir erməni tarixində ilk dəfə Çarlıq, Sovet və Federal Rusiyanın sayəsində Ermənistan dövlətini qura bilmiş “Qriqoryan Kilsəsi” öz mövqelərini itirməmək üçün, Nikol Paşinyanın simasında “Kilikiya Kilsəsi”nə qarşı çıxıbdır. Ona görə də erməni kilsəsi arasında başlanılan soyuq savaş cəmiyyətin psixoloji baxımdan həyat tərzinə də təsir edir. Faktiki olaraq, bu gün “Qriqoryan Kilsəsi” Rusiya və Ukraynada daha təməlli şəkildə yerləşmək üçün hazırlıqlar görür.
O da bəllidir ki, ermənilərə Qafqazda yer yoxdur. Azərbaycan, Gürcüstan, Türkiyə və Quzey Qafqaz xalqları ilə qonşuluq ilə problemləri vardır. Həmin problemi 200 ildir özləri yaradıblar. Ermənistan və Gürcüstandan köçüb gedən erməni əhalisi məhz bu siyasətə xidmət edirlər. II Qareginin xalqa müraciəti, Nikol Paşinyanın dərhal istefa verməsi barəsində verdiyi açıqlama heç nəyə yaramadı. Onun bəyanatını Rusiyada yaşayan ermənilər alqışladılar.
Onu da qeyd edək ki, çox böyük tarixi təcrübəsi olan Daşnaksütyun və Hnçak tipli siyasi partiyaların ümumiyyətlə İrəvanda dayaqları çökübdür. Daşnaklar məcbur olub mərkəzi qərargahlarını bir il öncə İranın Tehran və İsfəhan şəhərlərinə köçürüblər.
Ona görə də “Eçmiədzin Kilsəsi”nin və “Qriqoryan məzhəbi”nin dayqları da tamamilə aradan qalxılb. Bu iki partiyanın İrəvanda varlığı yeni münaqişə və savaş meydanı deməkdir. Suriya, Livan, İraq və digər ölkələrdə tarix boyu belə olub. Hər iki partiya daim Orta Doğuda silah, uyuşdurucu malların, insan orqanlarının transplantasiyası və qanunla yasaq olan ticarətin tən mərkəzində olublar. Həm də əldə etdikləri gəlirlə “qriqoryanlığı” qoruyublar. Erməni kilsəsinin “monofizit” xristologiya ideyasına bağlı olması, digər kilsələri, təriqət və məzhəbləri tanımamaq iddiaları bu konseptin təməl prinsipi deməkdir. Qondarma “Böyük Ermənistan” ideyası da monofizit qriqoryanlığa bağlıdır. İndi bir yandan “Daşnaksütyun” və “Hnçak” partiyalarının, digər yandan həm də “Eçmiədzin Kilsəsi”nin iflasa uğraması ermənilərin “Qarabağ iddiası”nın sonudur.
Bu faktorlar həm də qonşu Azərbaycan dövlətinə, Türkiyə, Gürcüstan və Güney Azərbaycan torpaqılarına qarşı ermənilərin iddialarının iflası deməkdir. Bu gün İraq, Suriya və İraqda yaşanılan vətəndaş müharibələri sonucu olaraq, ermənilərin bütün mövqeləri də sarsılıbdır. Beləliklə Ermənistan üzərindən Orta Doğuda böyük siyasi oyunlar oynamaq da artıq mümkün deyil.

 

Paşinyan istefa, müxalifətin iqtidara gəlmək mərəzi


Baş nazir kimi Nikol Paşinyan ötən həftə açıqlama verərək ən azından hakimiyyətdə 2021-ci ilin iyul ayına kimi xalqdan möhlət istəyib. “II Qarabağ Müharibəsi”ndə Ermənistanın təslimçilik aktına imza atmasını, 27 ildir Azərbaycanın işğal altında saxladığı əraziləri itirməsini, bütün dünya ermənilərinin başıaşağı olduğunu elan edərək iqtidara gəlmək uğrunda müxalifət mübarizəyə qalxıb. Bu iki mühüm fakt sübut edir ki, Ermənistan ya “keçmişin qalığı”na, ya da yenilikçi siyasətin yanında yer almaq üçün seçim qarşısında qalıb. Biz “Hürriyyət” qəzeti olaraq, iki ay öncə qeyd etmişdik ki: “Ermənistan üçüncü gücü önə çıxarmalıdır. Bu güc bütün qonşu ölkələr və beynəlxalq birliklə şəffaf şəkildə ortaq işbirliyinə getməlidir”. Mövcud hakimiyyəti devirərək yenidən “Müharibə Partiyası”nın təmsilçisi, keçmiş baş nazir və müdafiə naziri Vazgen Manukyanın müxalifətin vahid lideri olaraq iqtidara gətirilməsi bu dəfə Ermənistanın itirilməsinə səbəb olacaq. O da bəllidir ki, Vazgen Manukyan 2009-cu ildən “Vernatun” İctimai-Siyasi Hərbi Klubunun həmsədridir. Bu qurum Sovetlər Birliyindən miras qalmış “Hərbi Sənaye Kompleksi”nə (QRU) bağlı olan kadrlardan ibarətdir. “QRU” Rusiyada dövlət içində dövlət olmaqla yanaşı, Vladimir Putin kimi sərt və avtoritar siyasi lideri saymır. İfrat dərəcədə mühahizəkar olan “Ortodoks Rus Kilsəsinin gücü QRU-nun vasitəsilə tənzimlənir. Rusiyaya məxsus Ermənistanın Gümrü şəhərindəki “Aleksandr Nevski ordenli” 102 saylı Hərbi Bazası tərəfindən idarə olunan Vazgen Manukyan mitinqdə çıxış edərək demişdir: “Biz yalnış olaraq Rusiyaya qarşıyıq. Ermənistanın ilk işi Rusiya ilə hərbi və siyasi yöndə müttəfiqliyini nəinki qorumalı, həm də inkişaf etdirməlidir. Bizim koalisiyamız Türkiyəyə qarşı böyük bir dirəniş deməkdir. Qarabağla bağlı imzalanan təslimçi akt Ermənistanın bir dövlət olaraq iflasıdır. Erməni xalqının milli qürurunun aşağılanması məhz bu aktla imzalandı”.
İrəvandakı əksər sosioloqların etirafına görə baş Nazir Nikol Paşinyanın reytinqi 85 faizdən 38 faizə enib. Bunun əsas səbəbi onun 2018-ci ildə iqtidara gəldiyi dönəmdə irəli sürdüyü kompleks islahatlar məsələsidir. Bəzi islahatlar həyata keçsə də, bölgədə problemlər hələ də öz həllini tapmayıb. “Hərbi Xunta” rejimi dönəmindən qalma məmurların öz yerlərini qorumaq üçün bütün imkanları ilə mübarizə aparması, islahatların qarşısının alınması, korrupsiya, traybalizm və nepotizmin güclü olması da irəli sürülən islahatlara çox ciddi şəkildə mane olur. Nikol Paşinyan özünün islahatçı komandası ilə konsevatorlarla döyüşdə nə qədər taktiki gedişlər etsə də, islahatlara meydan açacaq tədbirlər hələ ki, səmərəli nəticəni vermir. Ona görə də, Paşinyanın özü də bir sıra yalnışlıqlara yol verir. Gürcüstanın Ahısqa (Samtsxe-Cevaxetiya) və Azərbaycanın Qarabağ bölgələrinə xəstə təfəkkürlü ermənilər kimi iddia sərgiləməsi onun islahatçı obrazına ciddi xələl gətiribdir.
Beynəlxalq birlik Nikol Paşinyanın Azərbaycan və Rusiya ilə birlikdə “sülh sazişi”ni imzalamasını təqdir etsə də, Türkiyənin bu prosesdə aktiv şəkildə içtirakını soyuq qarşılayıbdır. Çox yaxın dönəmdə beynəlxalq miqyaslı enerji resurslarının dəhlizinin yeni kəmərlərinin yaradılması Güney Qafqazın önəmini də artıracaq. 10 noyabr sülh anlaşmasının əsil səbəbi o zaman dəyər qazanacaq. İndiki məqamda Ermənistanda durum kimin əlinə işləyəcək sualına hər kəs cavab axtarır. Erməni xalqının iradəsinin kimin yanında yer alması bütün suallara cavab kimi dəyərləndiriləcək.

Ənvər BÖRÜSOY