İrəvan “üçüncü güc” axtarışında

90

Ermənistan “DEFOLT” böhranı ilə üz-üzə qalıb

Azərbaycan Respublikasının Milli Ordusunun Ermənistana məxsus həbri birliklərin işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı antiterror əməliyyatları sonucu olaraq, İrəvanda yerli hökumət dərin böhranla üzləşib. Faktiki olaraq, milli gəlirlərin dövlət büdcəsini təmin etmək imkanları tükənib. 2021-ci il dövlət büdcəsinin  necə formalaşacağı ilə bağlı mütəxəssislər proqnoz verə bilmirlər. Bunu siyasi, hərbi, sosial və iqtisadi baxımından müzakirəyə çıxaranlar hər hansı açıqlamanı verməkdə aciz olduqlarını səmimi şəkildə etiraf edənlər də var.

“Üçüncü güc” axtarışındakı dilemma

Ermənistanda yaranmış siyasi durum elə bir həddə çatıb ki, cəmiyyətdə üç fikir hakim olmağa başlayıb:
1. Baş nazir Nikol Paşinyan və onun komandasının başlatdığı “demokratik proses”, bu yöndə aparılacaq islahatların sonucunun bəlirsiz olması,
2. 1998-ci il noyabr ayında parlamentdə terror aktı törədərək dövlət çevrilişi ilə hakimiyyətə gələn və 20 il Ermənistanı idarə edən “HƏRBİ XUNTA”nın cəmiyyət tərəfindən qəbul edilməməsi,
3. Hər iki siyasi gücə qarşı çıxaraq, yeni anlayışla Ermənistanı idarə edə biləcək siyasi iradənin olmaması.
İndiki məqamda Azərbaycan Milli Ordusunun geniş miqyaslı antiterror əməliyyatlarını həyata keçirməsi təkcə işğal olunmuş ərazilərin azad edilməsi ilə müşahidə olunmur. Savaşın çox böyük miqdarda vəsait tələb etməsi baxımından Ermənistanın və həm də qondarma “Dağlıq Qarabağ rejimi”nin resurslarının olmaması İrəvanda hakimiyyət  böhranına səbəb olub. MDB-nin hərbi baxımdan təsir vasitəsi kimi bilinən “Kollektiv Təhlükəsizlik Şurası”na olan böyük ümidlər də iflasa uğramışdır. Belə ki, Qazaxstan və Qırğızstan İrəvana hərbi dəstək verməkdən imtina ediblər. Meydanda yalnız qalan Rusiya heç bir risqi qəbul etmək istəmir. 2018-ci ilə qədər büdcədən hərbi məqsədlər üçün ayrılan büdcənin Robert Köçəryan və Serj Sarqsyan iqtidarı  tərəfindən talanı  hər kəsə məlumdur. Ermənistanın siyasi və iqtisadi baxımdan güclü dayaqlarından biri hesab edilən Tehran mollakratiya rejimi isə “asılı qonşu qovlətlər” taktikası ilə hərəkət etdiyi üçün problemin daha da dərinləşməsinə səbəb olub. Mollakratiya rejimi bu taktika ilə Suriya, İraq, Yəmən, Oman, Sudan və digər Orta Doğu ölkələri siyasətində həmin dövlətləri iflasa necə uğradıbsa, Ermənistan da eyni aqibəti bu gün yaşamaq zorunda qalıb. Avropa Birliyi ölkələri son bir ildə üzücü “Covid-19” və pandemiya böhranını yaşadığına görə, Ermənistanla geniş şəkildə maraqlanmaq imkanlarını itirmiş durumu yaşamalı olub. Son illər ərzində Türkiyə, Gürcüstan və Azərbaycanın strateji müttəfiqlər rolunda çıxış etməsi, Ermənistanın Gürcüstana ərazi iddiası sərgiləməsi indiki böhranın dolayı yolla əsas səbəblərindən biri hesab olunur. Bu dilemmadan yayınmaq və prosesləri müsbət saldo ilə tamamlamaq isə, Ermənistan üçün “cənnət xəyalı”na çevrilib. Erməni cəmiyyətinin “Üçüncü güc” kimi xəyal etdiyi siyasi iradənin yoxluğu və “bundan sonra nə olacaq?” sualına isə tələb olunan cavabın yoxluğu ölkənin “DEFOLT” durumuna düşməsinə səbəb olub. İflasa uğramış Ermənistandakı durum dünya ermənilərinə dəyən zərər kimi qiymətləndirilir. İddia olunan “dünyadakı 10 milyonluq soydaşın İrəvanı yalnız qoymayacaq” kimi ideyanın gerçək ola biləcəyinə olan inam artıq sarsılıbdır. Bu prosesin nə vaxta kimi davam edəcəyi proqnozunun olmaması və yaranmış boşluğun nə zaman bitəcəyi sualına kimsənin cavab verə bilmədiyi defoltun səbəblərindən biridir. 

“Himayədar” axtarışlarının cavabındakı sozalmış ümidlər

Türkiyənin son 3-4 ildə Suriya, İraq, Liviya, Livan, Qətər, Oman, Sudan böhranları dönəmində önə çıxması, “Ərəb Dövlətləri Liqası” və “İslam Əməkdaşlıq Təşkilatı”nın dərhal hərəkətə keçməsi ilə müşahidə olundu. Belə ki, ərəblərin sığınmaq istədiyi “panərəbizm” və ya “BƏƏS” (Ərəb Milliyyətçi Sosialist Düşüncə) ideyası antitürk doktrinasına söykənibdir. O da bəllidir ki, ermənilər ərəblərin baxışlarına hər zaman dəstək veriblər. Başda Səudiyyə Ərəbistanı olmaqla, Birləşmiş Ərəb Əmirlikləri, İraq,
Misir, Bəhreyn, Oman, Kuveyt, Suriyanın antitürk konseptinə söykənməsi onların dolayı yolla Ermənistanla strateji müttəfiqliyinə səbəb olubdur. Bundan əlavə, “İslam Əməkdaşlıq Şurası”nın üzvü olan 57 dövlətin hamısı Azərbaycana heç də xoş ilgi göstərmir. Albaniya, Əlcəzair, Banqladeş, Bəhreyn, Bruney, Burkina-Faso, Qabon, Qayana, Qambiya, Qvineya, Cibuti, İordaniya, Yəmən, Kamerun, Komor, İran, Kot-d`İvuar, Kuveyt, Livan, Liviya, Mavritaniya, Mali, Maldvi, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Fələstin, Seneqal, Somali, Sudan, Surinam, Syerra Leon, Uqanda, Tacikstan, Toqo, Tunis, Çad kimi müsəlman dövlətlərinin Azərbaycana münasibəti çox vaxt səmimi olmayıb. Ərəb dövlətlərinin dolayı yolla Ermənistana humanitar dəstək verə biləcəkləri kimsəyə sirr deyil. Ancaq, bu yardımların qarşılığında erməni tərəfi “əmlaksevər” ərəblərə torpaqlarını satmaq zorunda qalacaqlar. Kürəsəl dünya siyasətində “böyük güc” olmağa iddialı tərəflərdən biri də Hindistan və Çindir. Hər iki dövlətin antitürk ovqatı onların Ermənistanla isti münasibətlərinə səbəb olub. Belə bir durumdan Ermənistanın yararlanmaq istəyi çoxdan bəlli olsa da, indiyə kimi istənilən nəticələr faydalı olmyıb. Çünki, sınır dövlətlərinin maraqlarının üst-üstə düşməməsi ucbatından Ermənistan hər iki supergüclə uzlaşmaqda bir sıra çətinlikləri yaşamalı olub. Səkkiz milyonluq erməni lobbisini təmsil edən zənginlərin heç biri bu günə kimi Ermənistana tələb olunan yatırımları qoymayıb. Dövlət büdcəsinə müəyyən ianələr verməklə “missiya”larının bitmiş olduğunu nümayiş etdiriblər. O da bəllidir ki, erməni işadamları və zənginləri “İrəvanın gələcəyi yoxdur” düşüncəsinə malikdirlər.

Terrorizmə söykəmli parazit düşüncə sistemi

Ermənilərin etnik mənşəyinin indiki Hindistanla bağlı olduğu elm aləminə çoxdan bəlli bir qavramdır. Onların vaxtilə Cəmmə, Pəncab, Assam, Manipur, Nahalənd, Tripur və Sinqx vadilərindən Orta Doğuya, Orta Asiya, Qafqaz, Balkan və Quzey Afrikaya üz tutmalarının səbəbləri daim qonşu xalqlara qarşı düşmənçilik siyasəti yürütmələri olmasıdır. Özəlliklə benqal, qucarat, sikx, reddi, andxra-pradeş, braui, hondı, madha, orisse, maharaştre, şiv, manipur, santal, xo, munda, birhor, maratxi, kannara, teluq, xindu, qucarat və digər xalqlara qarşı “hayas” konsepsiyasına söykəmli barışmaz mövqeləri ilə tarixdə iz buraxıblar. “Hayas”lar, yəni ermənilər daim başqa xalqların əməyi və gəliri ilə özlərinə rahat həyat sürmək ideyasına malik olublar. Çünki, onların ən qədim inanc kultu olan şiva və vişna fəlsəfəsinin simvolu sayılan triumtriyə, yəni fahişəliyin zirvəsində dayanmaqla parazitcəsinə yaşamaq strategiyası deyilir buna. Bu ideyanın zirvəsi isə, sarasvati adlanır.
Bunun üçün ilk öncə lakşmi silkinə məxsusluq, daha sonra butonlaşmaq tələb olunur.
Bu ideyanın bütün çalarlarını Ermənistanın dövlət bayrağında görmək mümkündür.
Qədim erməni ideyasına görə onların cəmiyyətində sadəcə brəhmənlər xoşbəxt ola bilərlər. İndiki anlamla onların kilsəsini idarə edənlər nəzərdə tutulur. O da bəllidir ki, XI yüzildən indiyə kimi erməni terrorizmi onlara məxsus kilsə tərəfindən idarə olunub.
Belə bir düşüncə sistemindən faydalanaraq ermənilər daim kim güclüdürsə onun yanında yer almaq ideyasından yapışıblar. Bu gün yeni güc axtarışında olmalarının əsil səbəbi də budur. Hansısa supergüc onları himayə etsin və beləcə həyat şəraiti şərtləri daxilində güclü dayaq qazansınlar. Bunun üçün terrorizm ermənilər üçün ən etibarlı hədəflərdən biridir.

“Könüllülər” sonacan İrəvana arxa olmayacaq

Qarabağ və Ermənistan ermənilərin tarixi torpaqları olmadığı üçün, daim özlərinə dayaq axtarışında olublar. 1917-ci ildə Çarlıq Rusiyası imperiyası çökən kimi onlar dərhal Fransa, ABŞ, İngiltərə və Bolşevik Rusiyası ilə təmsalara girərək imperalizm siyasəti yürüdənlərin himayəsində olmaqla özlərinə dövlət qurmaq üçün hərəkətə keçiblər. Bunun üçün Anadolu, Qafqaz və Güney Azərbaycanda, hətta Orta Asiyada  terrorizmi alovlandırıblar. Bu yöndə imperialist güclər onlara maddi və silah dəstəyi veriblər. Dövlət olma imkanına isə, 1920-ci ildə Bolşevik Rusiyasının sayəsində istəklərinə nail ola biliblər. 1991-ci ildə Sovetlər Birliyi çökən kimi, ermənilər bu dəfə  neoimperalist güclərin yanında yer alıblar. Qondarma “Dağlıq Qarabağ rejimi”ni və Ermənistanı qorumaq üçün Livan, Suriya, İraq, Fələstin, hətta uzaq Kanadadan belə könüllülər adı altında yardımlar istəyiblər. Həmin könüllülər ermənilərin vaxtilə terror gücünə əldə etdikləri torpaqları qorumaq üçün lazım olub. Qarabağla bağlı son 30 ildə baş verən qırğınların səbəbi budur. Ona görə də Gürcüstan, Güney Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarını açıq şəkildə rəsmi tribunalardan elan etməkdən çəkinmirdilər. Budur, 2020-ci il. Azərbaycan Milli Ordusu yeni zəfərlərə imza atmağa başlayıb. İşğal olunmuş torpaqlarını kimsədən dəstək almadan addım-addım azad edir. Ermənilər məğlub duruma düşdükləri üçün yenə də arxa-dayaq axtarışına çıxıblar. “Könüllülər” adı altında dünyanın dörd bir yanından terror qruplaşmlarını Ermənistana və Qarabağa cəlb etməyə çalışırlar. X-XI yüzilliklərdə bu taktikadan yararlanaraq və islamçı qılafa bürünərək “Ələmut Şeyxləri Hərəkatı” adı altında və Həsən Sabbahın liderliyi ilə Orta Doğunu terrorizmə yuvarlatmaq ideyasını sonralar Livan, Fələstin, İran, Suriya, Misir və digər ölkələrdə davam etdirməsinin də səbəbi buradan qaynaqlanır. Qondarma “Dağlıq Qarabağ rejimi” hökumətinin İrəvana qaçması ondan soraq verir ki, terrorçu “könüllü” birləşmələr erməni siyasətinə tələb olunan dəstəyi verə bilməyəcək.  

Pullular və siçovullar İrəvandan qaçırlar

Ermənisatanın ən böyük gəlir və vergi mənbəyi sayılan İrəvanda durum ürəkaçan deyil. Bu ilin sentyabr ayından 1213 ticarət mərkəzi bağlanıb. 5058 şirkətin gəliri olmadığı üçün qapadılıb. Tikinti sektorunun 90 faizi artıq çalışmır. 231 istehsal müəssisəsi fəaliyyətini dayandırıb. 205 əmlak şirkəti ləğv olunub.  Xidmət sektoru demək olar ki, iflasa uğrayıb. 67 fabrik-zavod ləğv olunmaq üçün sənəd hazırlayıb.
493 elmi-ietehsalat müəssisəsi tamamilə dayandırılıb. 39 bank hesablarını dondurub və ermənilər başqa ölkələrə üz tutmağa hazırlaşırlar. 449 xarici ticarət nümayəndəliyi də ofisini qapadıb. Xarici ölkələrə köçüb getmək istəyənlər uçaqlara bilet əldə etmək üçün növbəyə durublar. Ermənistan və Qarabağdakı prosesləri diqqətlə müşahidə etdikdə bəlli olan odur ki, iki yüz il bundan öncə yersiz gəlib yerli olmaq iddiasının tamamilə iflasa uğradığının şahidinə çevrilirik. Tarixin ironiyasının tərs şillə kimi vandalizm və terrorizmin bir parçası olan ermənilərin bu məğlubiyyəti  doğrudan da ilahi ədalət hökmünün nəticəsidir.

Ənvər BÖRÜSOY