İrəvan kulislərində “səlib yürüşü” başladı: Paşinyanın masasındakı GİZLİ SİYAHI

57

Ermənistanın baş naziri Nikol Paşinyan dövlət aparatında yeni “təmizləmə” aparmağa hazırlaşır.

Bu barədə “Past” qəzeti hökumətdəki mənbələrinə istinadən yazıb.

Qəzet qeyd edir ki, buna səbəb Paşinyanın başlatdığı “səlib yürüşüdür”.

“Mənbələr bildirir ki, baş nazir inqilabın yeni dalğasını başlatmaq qərarına gəlib və bunun üçün dövlət sistemini “Serjin qalıqlarından təmizləmək” haqda düşünür. Artıq “təmizləmə” üçün baş nazirin icra aparatı dövlət sistemindəki əməkdaşların tam siyahısını Paşinyana təqdim edib. Bu siyahıda hər bir şəxsin hansı siyasi komandanın üzvü olması, işə nə vaxt qəbul edilməsi haqda ətraflı məlumatlar yer alır. Hakimiyyət üçün “arzuolunmaz” məmurlar tezliklə vəzifələrindən uzaqlaşdırılacaq”, – qəzet yazır. \\Publika.az