İrəvan Əliyevin Qarabağ açıqlamasını şərh edə bilmədi

57

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Azərbaycan Prezidenti İlham Əliyevin İrəvanla bağlı son bəyanatını şərh edə bilməyib. Axar.az xəbər verir ki, bunu Mnatsakanyan jurnalistlərə açıqlamasında söyləyib.

“Mən çox emosional olan bu bəyanatı şərh etmək istəmirəm. Bu mənada bu bəyanatı şərhsiz qoyuram”, – deyə o bildirib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan hakimiyyətinin Qarabağla bağlı danışıqları uğursuzluğa düçar etdiyini açıqlamışdı.

O, Paşinyanın “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini mənasız etdiyini söyləmişdi.