“İqtisadiyyat tezliklə açılmalıdır” – Məşhur milyarder Trampın koronovirus qadağalarına qarşı çıxdı

21

ABŞ-ın “Tesla” elektrik avtomobilləri şirkətinin rəhbəri hökumətin evdə qalmaqla bağlı göstərişindən gileylənib. Dünyanın hər yerində olduğu kimi, Birləşmiş Ştatlarda da bu göstərişin məqsədi koronavirus pandemiyasının yayılmasını mümkün qədər yavaşıtmaqdır. Elon Mask isə sözügedən qaydanı qeyri-demokratik sayır, onun biznesinə ciddi risk yaratdığını deyir.

Mask aprelin 29-da şirkətin ilin birinci rübünü əhatələyən gəlirləri ilə bağlı konfransda danışıb. Milyarder şirkət rəhbəri deyir ki, San Fransisko Körfəz Bölgəsində hökumətin verdiyi göstəriş “Tesla”-nı martın 23-dən Kaliforniyanın “Fremont” şəhərindəki zavodunu bağlamağa vadar edib. Göstəriş mayın sonunadək uzadılıb və “Tesla”-nın zavodda istehsalı nə vaxt bərpa edə biləcəyi bəlli deyil.

Mask deyir ki, evdə qalmaq göstərişinin uzadılmasını insanları konstitusiya hüquqlarının əleyhinə öz evlərində məcburən həbs etməyə bənzədərdi. 

Onun sözlərinə görə, adamların öz xoşuna evlərində qalmaq istəmələrini anlayardı,“amma onlara evdən çıxmağı qadağan etmək, bunu edərlərin həbs olunacaqlarını demək faşistlikdir. Bu, demokratik deyil, azadlıq deyil, – şirkət rəhbəri bildirib.

Tibb ekspertləri insanların evdə qalmasının koronavirusa yeni yoluxma hallarının azalmasında vacib rol oynadığını deyirlər. Heç bir ştat sakinlərə evdən çıxmağı qadağan etməyib, amma onların yalnız ərzaq və dərman kimi vacib şeylər üçün çıxa biləcəyini bildirib.

Həm də “SpaceX” şirkətinin başçısı olan Mask aprelin 29-da 33 milyondan artıq izləyicisi olan “Twitter” hesabında ABŞ iqtisadiyyatını tezliklə yenidən açmağçağırıb.

Maskın bu gileyinə baxmayaraq, “Tesla” gəlirləri ilə bağlı müsbət açıqlama yayıb. Həm də günəş panelləri hazırlayan şirkət birinci rübdə 16 milyon dollar gəlir əldə etdiyini bildirib. BirləşmişŞtatlarda koronavirusa təsdiqlənmiş yoluxma halları 1 milyonu keçib, ölü sayı 61 minə yaxınlaşır. Dünya üzrə isə 3,2 milyona yaxın yoluxma, 227 mindən çox ölüm qeydə alınıb. /azadliq.org/