İqtisadiyyat Baydenin vergiləri artırmaq təhlükəsi ilə üzləşə bilər

288

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti seçilərn Co Baydenin yeni ildə vergiləri artırıb-artırmayacağı məsələsi təhlil edilməyə başlayıb.

ABŞ Milli İqtisadiyyat Şurasının direktoru Larri Kadlou Co Baydenin yanvar ayında vəzifə başına gəldikdən sonra vergiləri böyük miqyasda artıra biləcəyini və bunun bazar üçün böyük bir narahatlıq doğuracağını bildirib.

Kadlou “Vaşinqton Post” qəzetinə müsahibəsində Baydenin Canet Yelleni Maliyyə naziri seçməsini “düzgün seçim” adlandırıb və Yellenin vergi artımına qarşı çıxacağına inandığını bildirib.