“İqtisadi sahədə qanunvericiliyin təkmilləşdiririlməsinə ehtiyac var” – Tahir Mirkişili

21

Milli Məclisdə “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı çıxış edən komitə sədri Tahir Mirkişili bir sıra məsələlərə diqqət çəkib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, dövlət maliyyə nəzarəti orqanın fəaliyyətinin anlaşılan olması vətəndaşın inamını daha da artıran parametrlərdir:

“HP haqqında qanunun 7-ci maddəsinə əsasən HP Milli Məclisə illik fəaliyyəti barədə hesabat verir. Bir neçə gün öncə Palatatının illik fəaliyyəti barədə hesabat İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində geniş müzakirə edilmişdir. Müzakirəyə həmçinn vətəndaş cəmiyyətinin nümayəndələri dəvət edilmiş və geniş ictimailik təmin olunmuşdur.
İlk öncə onun demək istərdim ki, hesabat həm məzmunca, həm də formaca innovativdir. Təqdim edilən məlumatlar və illustrasiyalar palatanın təkcə nə etdiyini deyil, həm də bunu necə etdiyini göstərmişdir. Hesab edirik ki, bu mühüm yenilikdir, çünki dövlət malyyə nəzarəti orqanının fəaliyyətindəki ictimailik və anlaşılanlıq vətəndaşın dövlətə inamını artıran əsas amillərdəndir.

Hesabat Hesablama Palatası haqqında Qanunla müəyyən edilmiş fəaliyyət istiqamətlərini və vəzifələrin siyahısını tam əhatə edir. Dövlət vəsaitinin formalaşması və istifadəsi ilə bağlı mövcud olan problemlər umumi şəkildə, yol verilən maliyyə və prosedür xarakterli pozuntular isə ətraflı və sistemləşdirilmiş şəkildə verilmişdir.

Dövlət maliyyə idarəetməsi sisteminin təkmilləşdirilməsi və dövlət maliyyəsinin qənaətli istifadəsi üzrə hesabatlığın, şəffaflığın və maliyyə inzibatşılığının gücləndirilməsi  istiqamətində müntəzəm təkliflərin hazırlanması və bu təkliflərin bix çoxunun reallaşasını müsbət hal hesab edirik.

Daimi olaraq beynəlxalq təcrübənin öyrənilməsi, auditin müxtəlif alətlərini tədqiq edilməsi palatanın elmi potensialınən güclənməsi baxımından mühüm nailiyyət hesab edirik. Yeri gəlmişkən, bu günlərdə beynəlxalq təşkilatlar tərəfindən palatanın fəaliyyətinin Açıq Büdcə İndeksi üzrə 100 baldan 89 balla qiymətləndirməsi böyük uğurdur! Bu uğura görə Palatanın əməkdaşlarını təbrik edirəm! Qeyd etmək istərdim  ki, bu beynəlxalq göstərici üzrə Milli Məclis Palata ilə birlikdə son 1il ərzində 5 pillə irəliləyərək 68 bal toplamışdır.

2019-cu ildə ilk dəfə olaraq təkcə xərclərin deyil, həm də büdcə gəlirlərnin audit edilməsi, audit fəaliyyətində səmərəlilik auditinin tətbiq edilməyə başlaması İcmal büdcənin umumi effektivliyini artırmaqla yanaşı dövlət nəzarətinin milli inkişafla uzlaşmasını təmin edilməsi yolunda mühüm addımdır. Komitə ümumilikdə Hesabata müsbət rəy vermişdir.

Bütün bunlarla yanaşı bizi narahat edən bəzi məqamları da diqqətinizə çatdırmaq istərdim. Nəzərə almaq lazımdır ki, Hesabat həm də gələcəkdə görüləcək işlərin planlaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi və hədəflərin düzgün seçilməsi baxımından da mühüm təhlil materialıdır.

Bu baxımdan, 2019-cu ildə audit fəaliyyətinin əhatə dairəsinin azalması, xüsusilə də 1 audit tədbiri ilə əhatə olunmuş maliyyə vəsaitlərinin həcminin azalması bizi narahat etməkdədir. Rəqəmsal auditin tətbiq dairəsinin məhdud olması, yoxlanan təşkilatların informasiya sistemlərinə çıxışın az olması və beləliklə də əhatə dairəsinin xeyli artırılmasına imkan verə bilən rəqəmsal alətlərdən yetərincə istifadə edilməməsi qarşıya qoyulan hədəflərə nail olunmasına ciddi əngəl yarada biləcək amillərdəndir.

Müasir dövlət auditinin əsas kriteriyaları Rəqəmsal, riskə yönəlmiş və dövlət maliyyə idarəetməsinin təkmilləşməsi hesabına məqsədlərə nail olmaqdır. Uğulu fəaliyyətin əsas kriteriyası cəza vermək, büdcəyə vəsait bərpa etmək deyil, profilaktika hesabına nöqsanların azalmasına nail olmaqdır. Auditor rolundan strateji partnyor roluna keçidin təmin olunması effektivliyin artırılmasına ciddi təkan verəcəkdir.

Bütövlükdə hesab edirik ki, dövlət maliyyə nəzarətinin hədəfləri ilə dövlətin makro iqtisadi inkişaf hədəfləri uzlaşmalıdır. Azərbaycanda sosial dövlət konsepsiyasının həyata keçirildiyi nəzərə alınaraq sosial hədəflərə nail olunmağın audit edilməsinin gələcək fəaliyyətdə üstünlük təşkil etməsi fikrimizcə daha məqsədəuyğun olardı.
Resursların artırılması baxımından gələcəyin auditorlarını hazırlamaq – yəni böyük həcmdə məlumatları emal edə bilən, süni intellekti, qabaqcıl keyfiyyət metodlarını tətbit etməyi, strateji partnyor olmağı bacaran, unikal təcrübəyə malik, innovasiyalara sahib olan auditorlar yetişdirmək qarşımızda duran əsas hədəflərdən olmalıdır.

Sonda qeyd etmək istərdim ki, hesabat həm də bizim İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi qarşısında da mühüm çağırışlar yaratmışdır. Belə ki, aşkar edilmiş nöqsanların əsasən büdcə qanunvericiliyi tələbləri və dövlət satınalmaları tələbləri ilə bağlı olması hər iki sahədə qanunvericiliyin təkmilləşməsini zəruri etməkdədir. İlkin təhlillər göstərir ki, əvvəlki illərdə qəbul edilmiş, bu günün tələblərinə cavab verməyən qanun və normativlər əksər hallarda icra orqanlarına maliyyə pozuntuları yaratmasına imkan yaradır. Xüsusilə də tezliklə Büdcə Məcəlləsinin qəbul edilməsinə, satınalmalar haqqında qanunun təkmilləşdirilməsinə zəruri ehtiyac yaranıb.” \\Unikal.org