Dünya bankından hökuməti şoka salacaq kredit təklifi

    6

    Iqtisadçı Oqtay Haqverdiyev bildirdi ki, eyni təklifi o, bu proses yenicə gündəmə gələn zaman veribmiş. Həqiqətən də yaranmış durumda məsuliyyətin bölünməsinin ən optimal çıxış yolu olduğunu deyən O.Haqverdiyev vurğuladı ki, nəticədə problem həllini tapa bilər: “Banklara kredit borcu olan vətəndaşlarla bağlı yaranan problemin məsuliyyətini üç tərəf çəkməlidir. Müştəri, bank və dövlət birgə şəkildə problemin həllinə çalışmalıdır və ödənilməli borcu müvafiq olaraq bölməlidir. Bu, ən ədalətli çıxış yolu olar. Bu qərardan müştəri də razı qalacaq. Çünki dövlətin və bankın da bu məsələyə qarışdığını görəcək”./azadliq.info/