İNVESTİSİYA HOLDİNQİNİN RƏHBƏRİNİN ADI BƏLLİ OLDU – SOCAR da daxil olmaqla, dövlətin iri şirkətlərinə Mətin Eynullayev rəhbərlik edəcək

363

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə yeni yaradılan Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı məlum olub.

Xatırladaq ki, siyahıya aşağıdakı şirkətlər daxildir:

  1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
  2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
  5. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
  6. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
  7. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
  8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
  9. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
  10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
  11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
  12. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
  13. “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti
  14. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
  15. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti
  16. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

16.1. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

16.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.5. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyət;

  1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqinin rəhbəri Mətin Balasən oğlu Eynullayevdir.

Məlumat üçün bildirək ki, Mətin Eynullayev 17 yanvar 2018-ci ildə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilib, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Hurriyyet.org