“International Policy Digest” nəşri  Qarabağ münaqişəsindən yazdı»

84

Erməni hakimiyyəti 1915-ci ili xatırladaraq, Qarabağ münaqişəsini Ermənistana qarşı “soyqırım” kimi…»

“International Policy Digest” nəşri, “Armenia Needs to Withdraw for Lasting Peace in Nagorno-Karabakh” məqaləsində yazır ki, bu, Qarabağ münaqişəsinin əvvəlindən 30 mindən çox insanın öldüyü vaxtdan sonra yenə xeyli insanın həlak olduğu son hadisədir. Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır, lakin 1994-cü ildə Ermənistan bu ərazini və Azərbaycanın bitişik yeddi bölgəsini işğal edib.

Ermənistan BMT Təhlükəsizlik Şurasının, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, əraziləri Azərbaycana qaytarmaqdan imtina etdi.

Bu vəziyyətin davam etməsinə icazə verilməməlidir, ən azından ona görə ki, münaqişə daha geniş regional müharibəyə çevrilə bilər. Ermənistanın kürd terrorçular və muzdlu əsgərlərdən istifadə etməsi, həmçinin erməni qoşunlarına təlim keçmək üçün onları Dağlıq Qarabağa keçirmələri barədə xəbərlər artıq yayılıb. Bu, münaqişənin təhlükəli həddə çatmasıdır və nəticədə mülki əhali əziyyət çəkəcək.

“Russia 1” telekanalının efirində Ermənistan baş naziri Nikol Paşinyanın baş müşaviri Vaqarshak Harutyunyan açıq şəkildə bildirdi ki, Ermənistan Azərbaycan şəhərlərini məqsədyönlü şəkildə atəşə tutur: “Biz hədəflərin toplarla vurulması taktikasını hazırladıq. Ardınca isə yaşayış obyektlərinə zərbələr endirəcəyik ki, panika yaransın…”

Erməni hakimiyyət orqanları, 1915-ci ili xatırladaraq, münaqişəni Ermənistana qarşı “soyqırım” kimi təqdim etməyə çalışdı. Ancaq Dağlıq Qarabağ məsələsində, bir milyona yaxın azərbaycanlını işğal altındakı ərazilərdəki evlərindən qovaraq, etnik təmizləməni həyata keçirən Ermənistan idi.

Ülviyyə Şükürova