İnsan kəllələri ilə qatara minmək istəyən şəxs həbs edildi – Hindistan

    15

    Hindistanın şərqində qəribə hadisə baş verib.

    50 insana məxsus skelet ilə qatara minməyə çalışan şəxs həbs edilib.

    Hadisə Bihar vilayətinin Çapra şəhərindəki qatar stansiyasında axtarış zamanı bir nəfərin çantasından 50-yə yaxın insan kəllə sümüyü və çanaq sümüyü tapılıb. 29 yaşlı şəxs həbs edilib.

    Məlum olub ki, həbs edilən şəxs sümükləri Çinə aparmağı planlaşdırırmış. Polis onun insan skeleti ticarəti ilə məşğul olan qruplaşma ilə əlaqələrinin olub-olmadığını araşdırır.

    Qeyd edək ki, Hindistanda insan skeleti satan qruplaşmalar sümükləri həkimlərə və tibb məktəblərinə satırlar. \\Ölkə.Az