“İnsan bu amansızlığı beyninə yerləşdirə bilmir” – Eldar Sabiroğlu Qurban Məmmədovun ail üzvlərinə qarşı təhdidləri pislədi

231

“Qurban Məmmədovdan qisas almaq üçün onun ailəsinə, körpə nəvələrinə bu dərəcədə şiddət nümayiş etdirməyin adı nədir?! İnsan bu amansızlığı beyninə yerləşdirə bilmir”.

Hurriyyet.org xəbər verir ki, bu haqda keçmiş deputat Eldar Sabiroğlu bildirib. O, Q.Məmmədovun ailə üzvlərinə qarşı təzyiqləri pisləyib:

“Qurban Cəlal oğlunun siyasi mövqeyi ilə barışmasam da, lakin onun ailəli qızlarına, nəvələrinə göstərilən təhdidlərin ilk müəllifi kimdirsə, o, Allahın hüzurunda bağışlanılmaz günaha batıb. Eyni zamanda bu harın adamın hakimiyyətə bu şəkildə yarınması heç bir çərçivəyə sığmır. Əksinə, hakimiyyətin zirvəsi üçün də ən böyük pisliyi edir. Sual edirəm, ağır dövləti xəyanətlərinə görə cəzalandırılan şəxslərə qarşı bu cür münasibət sərgilənmədi. Xeyir ola…”.

Hurriyyet.org