Çinli tibb bacısı dünyaya səsləndi: “Xahiş edirəm, bizə kömək edin” – VİDEO

18

Çində ölümcül virusa yoluxanlarla bağlı xəbərlər durmadan artır. Lakin bəzi mənbələr rəsmi rəqəmlərin real olmadığını iddia edir.

Hurriyyet.org medicina.az-a istinadən xəbər verir ki, Çin höküməti Vuhan şəhərində yayılan koronavirusa təxminən 3 min insanın yoluxduğunu bildirib. Lakin bir tibb bacısının rəsmi rəqəmləri yalanlayaraq çəkdiyi videosu dünya gündəminə düşüb. Tibb bacısı dünyadan kömək istəyərək bildirib ki, hökumətin göstərdiyi rəqəmlər reallığı əks etdirmir:

"Hal-hazırda Hubey əyalətində və ümumiyyətlə Çində virusa 90 min insan yoluxub. Bu videonu izləyənlərin evdən çıxmamalarını tövsiyə edirəm. Hökumətin nə dediyi vecimizə deyil. Xahiş edirəm, Vuhana maska, eynək,geyim və ərzaq bağışlayın. Xahiş edirəm bizə kömək edin".