İngiltərənin yeni baş naziri, ermənipərəst Kemalın nəticəsi Conson: “QATI SİONİSTƏM”

    3

    Hurriyyet.org xəbər verir ki, İngiltərə yəhudiləri Muhafizəkarlar partiyasının lideri seçilərək baş nazir kürsüsünə oturan keçmiş xarici işlər naziri Boris Consonu təbrik ediblər. Təbrik müraciətində deyilir: “Ölkəmiz üçün böhranlı bir dövrdə baş nazir olacaq Boris Consona müvəffəqiyət diləyirik. London valisi və xarici işlər naziri olduğu dövrdə onunla çox yaxşı münasibətlərimiz olmuşdu. Bu əlaqənin baş nazirlik dövründə də davam edəcəyinə inanırıq”.

    Conson ayın əvvəlində ingilis dilində dərc edilən yəhudi qəzetlərindən birinə müsahibəsində “qatı sionist” olduğunu və İsraili sevdiyini söyləmişdi.

    “Türk köçü İngiltərə üçün təhlükəlidir”

    Osmanlı imperatorluğunun son daxili işlər naziri Ali Kemalın nəvəsi Stenli Consonun oğlu olan Boris Conson 2005-ci ildəki müsahibəsində türk tərəfinin zəif olduğunu bildirərək türklərin köçünün İngiltərə üçün təhdid olduğunu söyləmişdi.

    Qeyd edək ki, Ali Kemal ermənipərəst olduğu və Türkiyənin şərq rayonlarını ermənilərə satmağı təklif elədiyi üçün onu Artin Kemal da adlandırıblar (https://www.ermenihaber.am/tr/news/2019/07/24/İngiltere-Johnson-Ermeni-Ali-Kemal/160532).

    Hurriyyet.org