İngiltərənin baş naziri KÜSDÜ

    36

    Hurriyyet.org xəbər verir ki, vəzifə başına gəldiyi gündən indiyə qədər qeyri-adi davranışı ilə diqqətləri cəlb edəb İngiltərə baş naziri Boris Conson ətrafdakı etiraz nümayişi ilə əlaqədar Lüksemburqun baş naziri ilə birlikdə keçirməli olduğu mətbuat konfransında iştirak eləməkdən vaz keçib.

    Lüksembruqun baş naziri Xavyer Bettel kameraların qarşısına tək çıxıb, Consonun boş kürsüsünü göstərərək gülümsünüb və ona təşəkkürünü bildirərək, müştərək keçirilməsi planlaşdırılan mətbuat konfransını təkbaşına keçirib.

    Breksit əleyhdarlarının yüksək səsli etirazlarından sonra Conson lüksemburqlu həmkarı ilə birlikdə mətbuat konfransında iştirak eləməkdən imtina edib.

    Hurriyyet.org