Fransada erkən final: İspaniya-İtaliya

    15

    İngiltərə milisinin hücumçusu Qarri Keyn isə deyib ki, Avropa çempionatında zəif rəqib yoxdur: “İslandiya əla müdafiə olunur və istənilən komandaya çətinlik yaratmaq gücündədirlər. Biz bu oyuna 100 faiz hazırlaşmalıyıq. Oyunda topa daha yaxşı nəzarət etməyi və əlverişli vəziyyətlərdən istifadə etməliyik. Biz İslandiyaya qalib gəlmək əzmindəyik. İngiltərənin Avropa çempionatının qalibi olmaq şansı da realdır.” İngiltərə millisinin kapitanı Ueyn Runi “The Telegraph”a açıqlamasında deyib ki, komandası İslandiya səddinin keçməyi son məqsədləri hesab etmirlər. “Bizim gənc komandamız var deyə ¼ finala çıxmaqla kifayətlənməməliyik. İngiltərə Avropa çempionu olmağa iddialıdır. Bu çox çətin olacaq, amma biz əminik ki, yaxşı komandamız var”. İslandiya baş məşqçisi Lars Laqerberk deyib ki, şalışdırıcısı olduğu komanda ciddi inkişafa və uğura nail olub.”Bunun üçün bütün oyunçular və azarkeşlərə minnətdaram” (musavat.com).