İngiltərli mütəxəssislərdən “Covid-19″la bağlı qorxunc açıqlama

54
İngiltərənin Tənəffüs Virusu Təhlükələri Məsləhət Qrupunun (NERVTAG) tədqiqatçıları koronavirusla bağlı qorxulu bir açıqlama veriblər. Bizimyol.info xəbər verir ki, Alimlər Covid-19-un mutasiyaya uğradığını və ölümcül koronavirusun ikinci dalğada xəstələri daha sürətli öldürdüyünü iddia edirlər.

Belə ki, daha əvvəl virusa yoluxan şəxs 13 gün sonra həyatını itirirdisə indi bu rəqəm kişilərdə 7.5,qadınlarda isə 6 günə enib. Qeyd edək ki, 43 milyondan çox insan indiyə qədər bu xəstəliyə yoluxub. 1 milyon 159min 097 nəfər isə həyatını itirib