İngiltərədən açıqlama: 2040-cı ildə qar yağmaya bilər

303

Hurriyyet.org xəbər verir ki, İngiltərənin “Met Ofis” meteorologiya təşkilatının araşdırmasına görə, iqlim dəyişikliyi səbəbindən 2040-cı ildən etibarən ölkənin bir çox bölgəsinə qar yağmaya bilər. Tədqiqata görə, 2040-cı illərin əvvəllərində Cənubi İngiltərənin əksər hissələrinin temperaturunun artıq sıfırdan aşağı enməyəcəyi proqnozlaşdırılır. 2060-cı illərdə isə yalnız Şotlandiyanın şimalında və dağlıq bölgələrdə soyuq havalı günlər ola bilər. “Met Ofis” təşkilatının alimi doktor Lizzi Kendonun fikrincə, dünya miqyasında karbon tullantıları nə qədər azalsa, bu dəyişikliklərin sürəti də ona müvafiq şəkildə azalacaqdır.