İngiltərə mətbuatında Qarabağ analizi: “Rusiya zəiflədi, Türkiyənin nüfuzu artdı”

429

Hurriyyet.org xəbər verir ki, İngiltərədə dərc edilən “Financial Times” qəzetində,  “Qafqazdakı atəşkəs Türkiyəni Rusiyanın arxa baxçasındakı güc olaraq qüvvətləndirdi” başlıqlı məqalədə yazıbılıb: “Moskvanın Trans-Qafqaz regionundakı nüfuzu kəskin şəkildə azaldığı bir vaxtda uğurlu və əzmli bir Türkiyənin nüfuzu, tamamilə əksinə, inanılmaz dərəcədə artdı”.

Məqalədə Azərbaycan ilə Ermənistan arasındakı razılaşma ilə Türkiyənin Rusiyanın arxa baxçasındakı yerini möhkəmləndirdiyini və Moskvanın bölgədəki yeganə qüvvə olmadığını göstərdiyi yazılıb. Yazıya Azərbaycan Müdafiə Nazirliyi tərəfindən çəkilən fotonun Hulusi Akarın “Azərbaycanın ən yaxın müttəfiqinin Müdafiə naziri” kimi təqdim edildiyi diqqətə çatdırılıb.

Keçmiş sovet dövlətinin belə bir açıqlama verməsinin “başdöndürücü” olması qeyd edilir. Məqalədə Türkiyə tərəfindən dəstəklənən Azərbaycanın ordusunun böyük uğur qazandığı 6 həftəlik döyüşlərin Bakının regional mövqeyini dəyişdirdiyi vurğulanır.

“Sadəcə Ermənistan yox, Rusiya üçün də fəlakətdir”

Sülh gücü göndərən Moskvanın atəşkəsə vasitəçilik elədiyi vurğulanır və deyilir: “Azərbaycanın Türkiyənin dəstəyi ilə əldə elədiyi uğurun miqyası Kremlin geosiyasi arxa baxçası hesab elədiyi Qafqazda Ankaranın yeni kəşf edilən nüfuzunu gücləndirdi”.

Rusiyanın Strateji və Texnoloji Analiz Mərkəzinin direktoru Ruslan Puxov məqalə müəllifinə müsahibəsində deyib: “Geosiyasi nəticələr sadəcə Ermənistan üçün deyil, Rusiya üçün də fəlakətdir. Acı həqiqət budur: Moskvanın Trans-Qafqaz bölgəsinəki nüfuzu kəskin bir şəkildə azaldığı  biz zamanda uğurlu və əzmli Türkiyənin nüfuzu tamamilə əksinə, inanılmaz dərəcədə artdı”.

Atəşkəsin Rusiya Prezidenti Vladimir Putinin vaz keçmədiyi regional hakim rolunu nümayiş etdirdiyini, lakin bunun Rusiyaya “Türkiyəni Zaqafqaziyada geosiyasi aktyor olaraq tanımaq bahasına başa gəldiyi” yazılıb.

Türkiyənin Bakını dəstəkləməsinin Moskvanın 25 il ərzində müəyyən tarazlıqda saxladığı problemdə balansı dəyişdirdiyi qeyd edilir.

Azərbaycanın Moskvanın müharibəyə hərbi müdaxilə eləməyəcəyini hesablamaqla risk elədiyini və bununla da haqlı çıxdığı vurğular. “Bakı böyük regional uğuru sayəsində Moskvanın postsovet məkanında faktiki sərhədləri yenidən çəkə biləcək yeganə hərbi qüvvə olmadığını isbat elədi”.

Digər bir ekspert olan Stanislav Pritçin deyib: “Türkiyənin Daqlıq Qarabağdakı addımları qismən Rusiyanın Yaxın Şərqdəki addımlarına cavabdır. Türkiyə qlobal aktyor olmaq və hər sahədə rol sahibi olmaq istəyir”.

BBC kanalının internet səhifəsində isə “Karnegi” analaitik mərkəzinin Moskva nümayəndəsi Aleksandr Qabuyevin yazısı dərc edilib. “Necə oldu ki, Ermənistanla Azərbaycan müharibəsinin qalibi Rusiya ilə Türkiyə oldu” başlıqlıq məqalədə deyilir:   “Qarabağdakı müharibə Türkiyənin Cənubi Qafqazdakı artan rolunu göstərən bir vitrin oldu”.

Məqalədə Türkiyə ordusunun qalib Azərbaycan ordusuna təlim və silahlanma məsələlərində, Prezident R.T.Ərdoğanın isə Azərbaycana diplomatiya sahəsində açıq dəstək verdiyi qeyd edilir.

“Moskvanın diplomatik zəfərinin bir bahası var. Müharibə Qafqazfa Türkiyə təsirinin artdığını və Rusiyanın artıq regiondakı yeganə böyük qüvvə kimi görünmədiyini göstərdi”.