İngiltərə mətbuatı: “Tramp ABŞ-ı tərk edəcək”

693

Hurriyyet.org xəbər verir ki, İngiltərədə dərc olunan “Qardian” (The Guardian) qəzetinin iddiasına görə, yeni seçilmiş ABŞ Prezidenti Cozef Baydenin 20 yanvar tarixində keçiriləcək andiçmə mərasimi ərəfəsində – yanvarın 19-da ABŞ-ın indiki Prezidenti Donald Tramp Şotlandiyaya gedəcək.

Şotlandiyanın yerli mətbuatı Prestvik aeroportuna 19 yanvar tarixində Ağ Evə məxsus “Boinq 757” təyyarəsinin gələcəyi xəbərini yayıb. Xəbərdə adı çəkilməyən mənbə bildirib: “Bu, ümumilikdə Trampın uzun müddət bir yerdə qalacağına bir işarədir”. Ekspertlər bu təyyarənin D.Trampın həyat yoldaşı Melaniya Tramp tərəfindən daha çox istifadə edildiyini bildirib.

Nə Ağ Ev, nə də Şotlandiyadakı Prestvik hava limanı nümayəndələri mediada çıxan xəbərlərlə bağlı açıqlama verməyiblər.