İngiltərə Bankı baza faiz dərəcəsini əvvəlki səviyyədə saxlayıb

99

 

İngiltərə Bankı baza faiz dərəcəsini əvvəlki kimi illik 0,1% səviyyəsində saxlayıb.

Bu barədə tənzimləyicinin saytında məlumat verilib.

Bundan əlavə, bankın Pul-Kredit Siyasəti Komitəsinin üzvləri dövlət istiqrazları və korporativ istiqrazların geri alınması proqramını 745 milyard funt sterlinq səviyyəsində saxlamağa səs veriblər.

İngiltərə Bankının növbəti iclası sentyabrın 17-nə təyin edilib./report.az/