İngilis deputatlardan Avropa İttifaqına qarşı GÖRÜNMƏMİŞ HÖRMƏTSİZLİK – VİDEO

    21

    Hurriyyet.org xəbər verir ki, İngiltərənin Breksit partiyasından olan deputatlar Avropa Parlamentinin açılış iclasında Avropa İttifaqının Milli Marşı çalınarkən arxalarını çevirməklə etirazlarını bildiriblər.

    Breksit partiyası yeni qurulsa da, artıq Avropa Parlamentinə 29 deputat mandatı əldə edib.

    “Hörmət eləmirəm”

    Sosial mediada sürətlə yayılan təsvirlər bir çox insanın etirazına səbəb olub. Breksit partiyasının lideri Naycel Fərəc etiraz addımından sonra “Evronyus” (Euronews) kanalına müsahibə verərək deyib: “Bizə zorla qəbul etdirilən yad bir milli marşa hörmət bəsləmirəm.

    İngiltərə ilə Ai arasındakı razılaşmaya görə 29 mart tarixində həyata keçirilməsi nəzərdə tutulan Breksit prosesi razılaşma ingilis deputatlar tərəfindən dəstəklənmədiyi üçün 31 oktyabr tarixinə qədər təxirə salınıb.

    İngiltərənin baş naziri Tereza Meyin istefasından sonra bu posta ən real namizədlərdən olan keçmiş xarici işlər naziri Boris Conson 31 oktyabr 2019-cu il tarixinə qədər Aİ-dən ayrılmaq prosesinin tamamlanacağını vəd edib.