İngilis, amerikan, fars və rus işbirliyində yeni ANTİTÜRK DOKTRİNASI

30

Fars rejiminin Türkiyə ilə sınır bölgələrində kürdlərin məskunlaşdırılması siyasəti “ingilis-amerikan” hədəflərinə bağlıdır…

Çağdaş paniranizm və panfarisizm ideologiyasını 41 ildir yaşatmağa çalışan Tehran mərkəzli mollakratiya rejimi ötən ilin oktyabr ayında bir sınaq gündəmə gətirdi. Bu  benzin və neft məhsullarının qiymətlərinin 3 dəfə (300 faiz) artırılması ilə müşahidə olundu. Sonucda fars, bəluc, lor, gilək, kürd, ərəb və başqa azsaylı toplumların toplu şəklində yaşadıqları bölgələrdə kütləvi iğtişaşlar baş verdi. Hətta mövcud iqtidarın devrilməsi kimi tələblər irəli sürüldü. Ancaq Güney Azərbaycan səssiz qaldı. Olayları və baş verən prosesləri sakitcə seyr etdi. Çoxları belə bir durumu seyr etdikcə belə bir suala cavab aradılar: “Güney Azərbaycan nədən səssizdir?”

Qoca Təbrizin səssizliyində gizlənmiş təlatümlər

2020-cü il yanvar ayının 3-də İraqın başkəndi Bağdadda İran adlı ölkənin Orta Doğu ölkələrindəki ən qəddar terror birliklərinin baş komandanı sayılan Qasım Süleymani ABŞ-a məxsus silahlarla öldürüldü. Bu terror olayını ABŞ rəsmiləri heç də gizlətmədi. Olayın ardından teokratik rejimin başında duran, mövhumatçı mollakratiya rejimini 41 ildir idarə edən şəbəkə dərhal bundan yararlanmaq üçün səfərbər olundu. Çünki, bu olay həm də gözlənilən iflasın qarşısını almaq üçün əla fürsət oldu. General Qasım Süleymaninin ölümü ilə bağlı ölkədə 3 günlük matəm elan olundu. Ölkənin bütün informasiya şəbəkələri ənənəvi şəkildə “Mərgi Əmrika” (Amerikaya ölüm) şüarlarını səsləndirdi və yöndə genişmiqyaslı təbliğatlar apardılar. Təkcə susan Qoca Təbriz və Güney Azərbaycan oldu. Çünki Güney Azərbaycanda, özəlliklə Təbrizdə hər hansı bir olayla ilgili “ingilis-amerikan siyasəti”nin pərdəarxasındakı gizləncləri görməyə çalışır və bu yöndə fərqli biçimlərdə yorumları incələyirlər. Güney Azərbaycanda və özəlliklə də Təbrizdə bütün bunlar “ingilis və amrikan maraqları paniranizm və ifrat farsçılıq ideyalarını hakim olma müddətini qorumağa xidmət edir” kimi dəyərləndirilir. Güney Azərbaycanda onu da yaxşı görürlər ki, Tehran mərkəzli rejim Türkiyə ilə sınır bölgələrində süni şəkildə kürdlərin məskunlaşdırılması siyasətinin “ingilis-amerikan” hədəflərinə bağlıdır. Tehran rejimi Sulduz, Tikantəpə, Urmu, Qoşaçay, Səlmas, Xoy, Qarabağ (indiki Ənzəli), Sayınqala, Dol, Nazlı, Dəşt, Rövzə, Üşnəviyyə, Sumay, Türkəvər, Barandüz, Bərdəsur və başqa bölgələrində kürdləri məskunlaşdırdıqca, digər yandan Londonda fəaliyyət göstərən və gündəlik 24 sasat yayınlanan “Urmu TV” kanalı da kürd dilində bölgənin qədim kürd torpaqları olması iddiasını sərgiləyir. Bu gün kürdlərin yenidən öz torpaqlarına dönməsini alqışlayan reportajlar yayınlayır. Bu və digər həqiqətləri gördükcə Güney Azərbaycan Tehran-London-Vaşinqton üçlü siyasətinin əlaltısına çevrilmək istəmir. Qonşu Türkiyədəki fətullhaçı düşüncə, əməvi baxışlı siyasət, imam xətibçi təfəkkür tərzi ilə yürüdülən siyasətin də bu prosesdə ən azından dolayı yolla dəstəkçi olması Təbrizdə qınanılan yanaşımlardan biri sayılır. Rusiyanın bu üçlü hədəflərin yanında yer almasının sirri Quzey Azərbaycanın daha da güclənməsi, etnogenezis qanunların kulturoloji baxımdan tarixin əski dolaylarının baş qaldırması məsələsidir. Bu, Rusiyanın 450 illik Qafqaz siyasətinin tamamilə iflasa uğraması deməkdir. Ona görə də Tehran mərkəzli rejim siyasətinin yanında yer almaq zorunda qalıbdır. London-Vaşinqton dualizminin Orta Doğu hədəflərinə qarşı sərt şəkildə etirazını bildirmir. Hətta Tehran rejiminə silah yardımlarını belə əsirgəmir.  

Süni şəkildə idarə olunan böhranlı iqtisadiyyat modeli

Uzun illər Fransanın başkəndi Parisin yaxınlığında mühacir həyatı yaşayan ayətullah Ruhulla Xomeyni 1978-ci ildə İngiltərə, ABŞ və keçmiş SSRİ-nin səyi ilə Moskva üzərindən Tehrana gətirildi. Düz 41 ildir molla rejimi İran adlı ölkəni idarə edir. Bunun başlıca səbəbi, respublika statuslu, anayasalı, seçimlə iqtidarların sayəsində ölkənin idarə olunması modelini mövhumatçı düzənə yuvarlatmaq olmuşdur. 2002-2015-ci illərdə sonradan bu düzən respublika statuslu Misir, Tunis, Əlcəzair, İraq, Suriya kimi ölkələrdə “ərəb baharı” adlı bir modellə əvəzləndi. Kraliyyət üsul-idarəsi ilə yönədilən dövlətlərə isə kimsə toxunmadı. İndi həmin ərəb ölkələrində “ixvançılıq” (müsəlman qardaşlığı) ideyası hökm sürür. Buna gerizəkalı ərəb şovinizminə bağlı əski adət-ənənələri din pərdəsi altında yaşam tərzinə çevrilməsi deyilir. 1978-ci ildən bu günə kimi din və məzhəb-təriqət pərdəsi altında Tehran mərkəzli mollakratiya rejimi həmin siyasəti mövhumatçı bataqlığa sürməklə necə yaşadılmasını bir örnək olar dünyaya göstərməkdədir. Bunun üçün ölkənin bütün sərvətlərini xərcləməkdən belə çəkinmir. 1980-1990-cı illərdə süni şəkildə idarə olunan “İran-İraq savaşı”nın ardından xalqı aldadaraq ölkəyə dəymiş zərərləri qapadırıq dedilər. Çünki, 3 milyondan çox insan bu savaşda ölmüş, ağır yaralanmış və ömürlük əlil qalmışdılar. 2000-ci illərdə “İrana qarşı blokada siyasəti yürüdülür və bunun qarşısını almalıyıq” deyə xəzinənin ağzını qonşu dövlətlərdə “paniranizm və panfarsizmə bağlı təriqətçi strukturların yaranması” üçün milyardlar xərcləndi. Yəmən, Sudan, Suriya, Livan, Oman, Əfqanıstan, Liviya, Bəhreyn, İraq, Pakistan, Hindistan, Azərbaycan Respublikası, Gürcüstan və digər dövlətlərdə 2000-ci illərdən bu yana vüsət götürən etnik separatizm, məzhəbçilik və digər bölücülük siyasətlərinin yanında duran tək güc Tehran mərkəzli ideyalardır. İraq, Suriya və Livanda son illər yaradılan “Həşti Şəbi”, “Hezbollah”, “Mehdi Ordusu” və digər radikal silahlı birləşmələrə ildə orta hesabla 500 milyon dollar vəsait ayrılır. Bundan əlavə, milyardlarla dollarlıq vəsaitlə silahlar alınır. Tehran rejimi ən Suriyaya 15 milyard dollar ayırdığını etiraf etmişdir. Bu vəsait bir yandan diktator Bəşər Əsədin hakimiyyətinin qorunmasına, digər yandan “Hezbollah”, “Erməni İntiqamçı Ordusu”, “PKK”, “PYD”, YPG”, “KDP”, “HADEF” və digər terrorçu birləşmələrə xərclənir.
Ölkə daxilində molla rejimi əhalinin dolanışıq tərzinin və sosial problemlərinin həlli ilə bağlı heç nədən çəkinmədən bildirir ki: “İran bir dövlət olaraq təhdid altındadır. Ona görə də əsas məsələ dövləti qorumaqdır. Dünyada məzlum xalqlara bizlər yardımlar göstəririk. Həqiqi müsəlman az yesə də, çox yesə də şükranlıq etməyi bacarçalıdır”. Digər yandan bəllidir ki, hər bir ayətullah ayrıca oliraxdır. Onların nəzarətində ayrı-ayrı maliyyə strukturları mövcuddur. Əhalini süni şəkildə ehtiyac və möhtac içində yaşamağa məcbur etməklə 41 ildir bu idarəetmə düzənini yaşadırlar. Qoca Təbrizdə bütün bunları xalq çılpaqlığı ilə görür və böyük bir səbrlə proseslərin necə dəyişməsi üçün çaba göstərir. Çünki, çağdaş devrimlər həm beynəlxalq dəstəyini, həm də güclü maliyyə imkanlarını tələb edir. Dünyanın başlıca gücləri hesab olunan çevrələri isə tamamilə bəlli nöqtələrdir. Onların təməl görüşləri antitürk zəkasına bağlıdır.

Tehran mərkəzli rejim türk kimliyini əsla tanımaq istəmir

Qoca Təbrizdə yaxşı dərk edirlər ki, Tehran rejiminin hansı rəngə boyanmasına (şahlıq və sair) baxmayaraq, bütün hədəflərin arxa baxçası ingilis-amerikan-rusların ortaq hədəfləridir. İngiltərə Məhəmədrza Pəhləvinin oğlu Rza Pəhləvini bir neçə dəfə gündəmə gətirməklə Tehran molla rejiminin devrilməsi ideyasını sərgilədi. Əslində bu bir sınaq idi. Toplumun necə reaksiya verəcəyini gözdən keçirdi. İnqilablar beşiyi olan Güney Azərbaycan buna sərt təpki göstərdi. Bu ideya baş tutmadıqda, “İran massonları” kimi tanınan “İran milli burjuaziyası”nı (liderləri Əbülhəsən Bənisədrin tərəfdarları) önə çıxardılar. Onların demokratiyadan uzaq olması, “irançılıq və ifrat farsçılıq” baxışlarına görə xalqın əksəriyyəti onlara yox dedi. Ən son dəfə ABŞ bir dövlət olaraq qollarını çırmalayıb Fransa ilə birlikdə “Mücahidane Xəlq” (Xalqın Mücahidləri) adlı “islam kommunizmi” pərdəsi altında iş-gücü terrorizmdən ibarət olan bir çeteni gündəmə gətirməyə çalışdı. Hətta Səudiyyə Ərəbistanı bu yöndə tələb olunan bütün maliyyə dəstəyini verə biləcəyini elan etdi. Bütün bunlar bir daha onu göstərir ki, İran adlı coğrafiyada kimlər böyük oyunlar və ya siyasi düzənlər qurmaq istəyirlərsə, orada tükün varlığını görməzlikdən gəlirlər. Bölgədə yaşanılan ictimai-siyasi formasiyanın dəyişməsini və demokratik düzənlə gəlişməsini təkcə bir tələb kimi irəli sürənlər isə yalnız türklərdir, yəni Güney Azərbaycandır. 
İngiltərə, ABŞ, Rusiya, eləcə də çoxdan kif qoxusu verən “Hind-Avropa” nəzəriyyəsi ilə hərəkət edən Fransa və Almaniya İran adlı coğrafiyadan türkün varlığını inkar yolu ilə getməklə yanaşı, rejimlər dəyişdiyi halda “paniranizm və panfarsizm”in hansı rəngdə olmalıdır cuallarına cavablar aranmaqdadır. Prosesin bu qədər ağrılı-acılı olmasının, son 29 ildə böyük sorumluluğu olan Azərbaycan Respublikasında sovet akademizminin nihilizminə xidmət edən zümrənin baiskar olduğu göz önündədir. Bu, prezidentin icra aparatının sədri Ramiz Mehdiyev idi. Onun nəzarətindəki siyasi, elmi və ictimai institutların hamısı Güney Azərbaycan məsələsinə qarşı səfərbər olunaraq dünyanın bütün antitürk çevrələri ilə uzlaşdırılmış qaydada hərəkət edirdilər. Təbii olaraq bu çevrələrin gözləri Kremldən gələn təlimatlara dikili olurdu. O da bəllidir ki, Kremlin Orta Doğu siyasətində ermənilərin yetərincə söz sahibi olması bu zəkanın hansı sonuca varacağına bir işarə idi. Bunları Tehran rejimi gördükcə fərəhlənirdi. Öz içimizdəki manqurt qafalılar “paniranizm və panfarsizm”in dolayı yolla nökərlərinə çevrilmişdilər. Bu gün onların hakimiyyətin olimpindən endirilməsi, Qarabağ kimi ağır sorunumuzun çözülməsi yönündə ən mühüm addımlardan biridir. Bu həm də Güney Azərbaycanla bağlı ən azından nöqtələrin birinin tamamilə çözümünə bir işarədir. Ona görə ki, bir milli varlıq olaraq vahid strateji baxşlarımızın uzlaşacağı təqdirdə hər tərəfdə illər boyu bizlər üçün yaradılmış problemlərin həllinə doğru gedilən yollar da qısalmış olur.

Ənvər BÖRÜSOY