İnəyə ölüm hökmü verildi

    9

    Bolqarıstanda Avropa Birliyi ilə sərhədi qanunsuz keçən hamilə inəyə ölüm hökmü verilib.

    Bununla bağlı AFP məlumat yayıb.

    Penka adlı heyvan otlamaq üçün Bolqrastanın Kopilovtsı rayonunun kəndinə gedib. Bir müddət sonra inək Bolqarıstan-Serbiya sərhədinə çatıb və Avropa Birliyi ərazisini qanunsuz tərk edib.

    Penkanı yerli fermerlər tapıb və sahibinə təhvil verib. Serb baytarlar heyvanın tam sağlam olduğunu bildiriblər. Bolqarıstan hökuməti hamilə inəyin sərhədi qanunsuz keçdiyini və buna görə cəzalandırılacağını bildirib.

    İnək sahibi qərardan şikayət edib. O bildirib ki, heç kəs Penkanı görməyib və buna görə onu dayandıran olmayıb.

    Bununla yanaşı, bolqar nümayəndələr Penkanı Avropa Birliyi qanunlarından qoruya bilməyəcəklərini açıqlayıblar.

    "Bu, bizdən asılı deyil. Biz Brüsselin qanunlarına tabeyik”, – Bolqarıstan Baytarlıq İdarəsindən bildirilib. \\Oxu.Az

    HURRİYYET.ORG