İndoneziya İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Azərbaycanı tam  dəstəkləyir

66

18 Oktyabr 2020-ci ildə İndoneziya İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkil etdiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini anlamaq: İndoneziya və gənclərinin rolu mövzusunda virtual canlı müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan və İndoneziyadan beynəlxalq və siyasi ekspertlər, parlament, təşkilat və səfirlik nümayəndələri iştirak ediblər.

Bu barədə konfransın məruzəçisi beynəlxalq münasibətlər üzrə ekspert, İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin və Təhsil Nazirliyinin dövlət təqaüdçüsü olmuş Elmar İskəndərov məlumat verib.

Müzakirələrin açılış nitqində İndoneziya Respublikası Xalq Nümayəndələr Palatasının Parlamentlərarası Əməkdaşlıq orqanının sədri Fadli Zon Ermənistanın BMT qətnamələrinə əməl etməsini və Dağlıq Qarabağdan çıxmasına çağırdı. BMT TŞ-nın Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin olması və qətnamələrin Dağlıq Qarabağ vilayətinin Azərbaycanın tərkib hissəsi olduğunu bildirdi və Ermənistanın bu ərazilərdən dərhal, tam və qeyd şərtsiz çıxmasına çağırdı.

(https://minanews.net/fadli-zon-indonesia-berpeluang-damaikan-konflik-azerbaijan-armenia/ )

Greenwood Holding-in layihə rəhbəri Anar Yusufzadə iştirakçılara Dağlıq Qarabağ münaqişəsinin tarixi və işğalı, erməni aqressiyası, erməni vandalizmi Qarabağda yerləşən Azərbaycan məscidlərinin və mədəni abidələrinin dağıdılması və ermənilərin dünya müsəlmanlarını təhqir edərək məscidlərdə donuz və inək saxlamalarını, Gəncənin mülki əhalisinə qarşı erməni terroru, münaqişə zonasından uzaq yerləşən Mingəçevir, Abşeron ərazilərinə də ermənistan tərəfinin raket hücumları haqqında məlumat verdi. İndoneziyadan olan iştirakçılara BMT TŞ, İƏT qətnamələrinin ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və işğal altında olan bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, ermənistanın bu qətnamələrə hörmət etməməsi və sülh danışıqlarını və atəşkəsi rədd edərək Azərbaycanın mülki əhalisinə hücumlar etməsi bildirildi. O cümlədən, Ermənistanın yalnız Dağlıq Qarabağı deyil, Dağlıq Qarabağ ətrafı 7 rayonu da işğal edərək 1 milyona yaxın Azərbaycan əhalisinin öz yurdlarından qovulması və ermənilər tərəfindən amansızcasına və vəhşiliklə Azərbaycanın mülki əhalisinə uşaq və qocalara Xocalıda soyqırım törədildiyi haqqında məlumat verildi.

İndoneziyanın ən böyük müsəlman ölkəsi kimi, BMT, İƏT, Azərbaycanın hazırda rəhbərlik etdiyi Qoşulmamaq Hərəkatının üzvü kimi Azərbaycana daha güclü dəstək verilməsinə ehtiyac duyulduğu bildirildi.

İndoneziya İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbərliyi başda Syafii Efendi və Tantan Taufiq Lubis olmaqla bütün üzvləri Azərbaycanın yanında olduqlarını bildirdilər və Azərbaycana daim dəstək olacaqlarını vurğuladılar. Ermənistanın dərhal Dağlıq Qarabağ və ətraf 7 rayondan çıxmasını tələb etdilər.

https://www.youtube.com/watch?v=AsMSfYglTTQ&t=4399s)

Qeyd edim ki, İndoneziya Milli Gənclər Komitəsinin sədri Tantan Taufiq Lubis Qarabağın Azərbaycana məxsus olması və Qarabağa ədalət haqqında musiqi də ifa edib:

https://m.facebook.com/story.php?story_fbid=3618621064869282&id=100001642728262

Elnur Eltürk