ÇİNDƏN GÖZLƏNİLMƏZ NEFT VƏ QAZ AÇIQLAMASI

    6

    Hurriyyet.org xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi Cənubi Çin dənizindəki bütün neft və təbii qaz fəaliyyətlərində eksklüziv hüquqlara malik olduqlarını bildirərək deyib: “Bütün maraqlı tərəfləri Çinin suverenliyinə və qanuni hüquqlarına ciddi hörmət eləməyə, ikitərəli münasibətlərə və yaxud da bölgədəki sülhə və sabitliyə zərər verəcək addımlardan qaçmağa çağırırıq”.

    Çin XİN mətbuat katibi Lu Kanq bu açıqlama ilə yaxın məsafələrdəki adalarda hüquqlara malik olduqlarını iddia edən Vyetnam, Filippin, Malayziya, Bruney və Tayvana mesaj göndərmiş olub.

    Çin Xarici İşlər Nazirliyinin açıqlaması, Rusiyanın “Rosneft” dövlət şirkətinin Vyetnam sahillərindəki Lan Do qaz yatağında neft quyusu qazmağa başlamasından sonra verilib. Lan Do ilə ona yaxın olan Phonq Lan Dai qaz sahələri, həm Çinin, həm də Vyetnamın iddia elədiyi strateji su yolunun içərisində yerləşib. İki ölkə arasında bu bölgə ilə bağlı iddia çəkişməsi əsrlərlə davam edir.

    Cənubi Çin dənizində yerləşən müəyyən sahələrə Vyetnam, Filippin, Malayziya, Bruney və Tayvan dövlətləri ərazi iddiaları irəli sürürlər. Lakin Çin bölgənin 90 faizinin öz sahil suları olduğunu bildirir.

    Hurriyyet.org