İri supermarket şəbəkələrinin sahibləri vergilər nazirinə cavab verir – SAHİBKARLAR ÇƏTİN SEÇİM QARŞISINDA: YA QİYMƏTLƏRİ ARTIRAQ, YA DA BAĞLAYAQ

    3

    İndi belə vəziyyətdə hökumətdə hansı mövqenin üstünlük qazanacağını gözləmək lazımdır. Göründüyü kimi Vergilər Nazirliyi supermarket şəbəkələrinə vergi güzəştlərinə qəti şəkildə qarşıdır. Bunu başa düşmək olar- son vaxtlar vergi güzəştləri xahiş edən biznes subyektlərinin sayı artıb, nazirlik isə vergiləri toplayıb büdcəni doldurmalıdır. İqtisadi İnkişaf Nazirliyində isə belə görünür ki, iş yerlərinin itirilməməsinin vacibliyini başa düşürlər, xüsusən də aztəminatlı əhali qrupunun cəlb olunduğu iş yerlərinin. Bu vəziyyətdə ən optimal qərarın verilməsi üçün problem daha dərindən təhlil etmək lazım gələcək.