Çində virusdan ölənlərin sayı artdı, 6 minə qədər insan virusa yoluxub

24

Hurriyyet.org xəbər verir ki, Çində yeni tip korono virusundan (2019-nCoV) ölənlərin sayı 132 nəfərə, xəstəliyə yoluxanların sayı isə 5 974 nəfərə çatıb. 239 nəfərin vəziyyəti ağırdır. Virusa yoluxması şübhəsi olan şəxslərin sayı 9 239 nəfər, viruslu adamlarla hər hansı şəkildə təmasda olduqları üçün müşahidə altına alınanlar 59 990 nəfər olub. Sağalaraq xəstəxanalardan evə göndərilən adamların sayı isə 103 nəfərdir.

Hurriyyet.org