Çində dəniz mavi neon rənginə boyanıb – FOTOLAR

    15

    CGTN teleşirkəti Çinin Dalyan şəhərinin şimal-şərq sahilindən maraqlı görüntülər yayımlayıb.

    Hurriyyet.org Report-a istinadla xəbər verir ki, video kadrlarda dəniz suyunun sahildə tam olaraq mavi neon rənginə boyandığı müşahidə olunur.

    Bu təbii fenomen bioluminesans adlanır.

    Adətən belə hallara isti sularda rast gəlinir. Burada milyonlarla mikroorqanizmlər dalğaların təsirindən müəyyən rəngdə işıq saçırlar.

    Bioloqların fikrincə, mikroorqanizmlər yırtıcıları qorxutmaq üçün də işıq saça bilirlər.