İncə “şok iddiası” ilə gülüş obyektinə çevrildi – “Amerikalılar mənə zəng elədi…”

    6

    Amerikalılar mənə zəng elədi, “Türkiyə FETÖ-nu üslubuna uyğun şəkildə istəməyib” dedilər.

    Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu sözləri CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə “CNN Türk” televiziyasında yayımlanan proqrama telefon vasitəsilə qoşularaq deyib.

    Aparıcı Hande Fəratın “sizə kim zəng edib?” sualı qarşısında isə İncə sağollaşaraq dəstəyi asıb.

    Daha sonra İncənin bu iddiasi gülüş obyektinə çevrilib. Sosial şəbəkələrdə, xüsusən Tvitterdə “ABŞ mənə zəng elədi”, “Üsluba uyğun şəkildə istənməyib” başlıqları ilə minlərlə istifadəçi İncəni lağa qoyub.