İnam Kərimov: “”Aqrolizinq”də əsaslı dəyişiliklər aparılıb”

    9

    “Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-də əsaslı dəyişikliklər aparılıb".

    Hurriyyet.org xəbər verir ki, bunu Qax rayonunda jurnalistlərə açıqlamasında yeni kənd təsərrüfatı naziri İnam Kərimov deyib. O qeyd edib ki, "Aqrolizinq" ASC yeni yanaşma prinsipi əsasında fəaliyyət göstərəcək: "Aqrolizinq"də düzgün idarəçiliyin bütün prinsipləri-şəffaflıq, səmərəlilik tam təmin ediləcək. "Aqrolizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin digər strukturları kimi öz işini fermer və kəndlinin yanında olması prinsipi əsasında quracaq"./report/