İnam Kərimov daha bir xanıma vəzifə verdi

    9

    Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Asəf Ömərov işdən çıxıb.

    Hurriyyet.org "Report"a istinadla xəbər verir ki, onu Esmira Lətifova əvəz edib.

    Yeni şöbə müdiri uzun müddətdir ki, nazirlikdə çalışır. O, Kanadada magist dərəcəsi alıb, heyvandarlıq sahəsində İsrail, Niderland və digər Avropa ölkələrindən beynəlxalq seminarlarda və təlimlərdə iştirak edib.