Çin təhlükəli virusun ilk fotosunu yaydı

9

Çinin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi təhlükəli koronovirusun ilk fotosunu yayımlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədlərdə adı 2019-nCoV göstərilən virusun şəkli elektron mikroskopla əldə olunub.

Hazırda Çində 875 nəfərin virusa yoluxduğu məlumdur. Onlardan 26-sı ölüb. Virus ABŞ, Yaponiya. Cənubi Koreya, Vyetnam, Tailand, Sinqapur və Tayvanda aşkar olunub.