Çin ABŞ-ın hərbi bazalarına hücum etdi – PENTAQON ÇİNƏ NOTA GÖNDƏRDİ

    24

    ABŞ-ın Cibutidəki hərbi bazasından havaya qalxan təyyarələr Çinə məxsus bazalardan lazer hücumuna məruz qalıb.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müafiə Nazirliyinin sözçüsü Dana Uayt məlumat verib.

    Sözçü bildirib ki, təyyarələrə Çin bazalarından lazer cihazları ilə müdaxilə edilir və buna görə ABŞ Çinə nota göndərib: “Gerçək bir təhdid. Bunlar çox ciddi hadisələrdir. İki nəfər yaralanıb. Rəsmi olaraq Çin hökumətinə nota göndərmişik və çinlilərin bu olayları araşdırmasını tələb etmişik”.

    Qeyd edək ki, Çinin ölkə xaricində ilk hərbi bazası olan Cibutidəki bazası ötən ilin avqust ayında açılıb. ABŞ isə Çinin Cibutidəki hərbi bazaları yaxınlığında yeni baza açmasını onlar üçün ciddi problem hesab etməyib. Cibuti Çin və ABŞ-la yanaşı, Yaponiya və Fransa hərbi bazalarına ev sahibliyi edir.