Partlamamış top mərmiləri tapıldı – BAKIDA

    6

    -ın FHN-in saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Binəqədi rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunub, baxış zamanı sursatların müxtəlif növ çaplı top mərmiləri olduğu müəyyən edilib. Aşkar edilmiş mərmilər xüsusi ayrılmış əraziyə aparılaraq zərərsizləşdirilib.