İmtahan cavabları bu tarixdə AÇIQLANACAQ

    3

    II və III ixtisas qrupları üzrə imtahan nəticələrinin açıqlanacağı tarix məlum olub.

    Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib. O bildirib ki, cavabların iyul ayının 22-nə qədər elan olunacağı planlaşdırılıb:

    “Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən qəbul imtahanının nəticələri iyulun 22-də elan olunacaq".

    Qeyd edək ki, ən son iyulun 7-dəII və III ixtisas qrupları üçün qəbul imtahanı keçirilib.