Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı

    6

    [imRusiyanın Xəzər donanmasının hərbi gəmiləri Xəzər dənizində g=left]http://hurriyyet.az/uploads/posts/2016-03/1457692993_hur.jpg[/img]
    hərbi təlimlərə başlayıb.
    Hurriyyet.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
    Qeyd edilir ki, təlimlərdə Rusiya Xəzər donanmasının 30-a yaxın döyüş gəmisi və kateri, 1000-dən çox hərbçi iştirak edir.
    “Komanda qərargah təlimləri çərçivəsində 30-a yaxın döyüş gəmisi və kateri, mindən çox hərbçi, 100-ə yaxın hərbi və xüsusi texnika cəlb olunub. Təlimlər Xəzər donanmasının 2016-cı il üçün hazırlıqlar və fəaliyyət planına uyğun keçirilir”, – mətbuat xidmətindən bildiriblər.