İmran Xan baş vermiş terrorla bağlı etirazını bildirdi

111

Hurriyyet.org xəbər verir ki, Pakistanın Baş naziri İmran Xan Hindistanı regionda məzhəbçiliyi alovlandırmaqda ittiham edib. Münaqişə nəticəsində Belucistan əyalətində 11 nəfər şaxtaçı qətlə yetirilib.

İmran Xan bu barədə öz “Tvitter” səhifəsində yazıb.

Xan öz açıqlamasında Maç rayonunda terrorçular qətlə yetirilmiş şaxtaçıların mənsub  olduğu Hazara ailələrinə başsağlığı verib və onların vəziyyətlərindən xəbərdar olduğunu bildirib.

Xan deyib: “Gələcəkdə bu cür hücumların qarşısını almaq üçün bütün mümkün addımları atırıq və bu məzhəbçilik terrorunun qonşularımız tərəfindən təşviq edildiyini bilirik”.

Hücumla bağlı ad açıqlamadan Hindistanı ittiham edən Xan çox yaxında Hazaraları ziyarət edəcəyini və başsağlığı verəcəyini bildirib.

Kömür mədənində çalışan, şiə Hazara icmasına mənsub olan fəhlələr 3 yanvar tarixində silahlı şəxslər tərəfindən dağa qaçırılıb. Qaçırılan şəxslərdən 11 nəfəri qətlə yetirilib, 4 nəfəri yaralanıb.

İŞİD təşkilatı bu terroru həyata keçirdiyini bəyan edib. Həlak olanların yaxınları isə qatillər həbs edilmədikcə, cənazələrin torpağa tapşırılmayacağını bildiriblər.

Qətlə yetirilən 11 nəfərin yaxınları ilə yanaşı, Belucistanın paytaxtı Ketta da daxil olmaqla, bölgədəki Hazara icmasının üzvləri ötən həftənin sonundan bəri müqəssirlərin tutulması üçün nümayişlər keçirirlər.