İmişlidə iki avtomobil toqquşdu – ÖLƏN VAR

    15

    İmişli şəhərinin P.Həsənov küçəsində yol-nəqliyyat hadisəsi qəza baş verib.

    Hurriyyet.org DİN-ə istinadən xəbər verir ki, dekabrın 1-də saat 18 radələrində İmişli şəhəri P.Həsənov küçəsində şəhər sakinləri Elman Əliyevin idarə etdiyi "Hyundai” və Vüqar Quliyevin idarə etdiyi "VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş V.Quliyev orada ölüb.

    İmişli RPŞ tərəfindən araşdırma aparılır.