İmişlidə BƏDBƏXT HADİSƏ: 25 yaşlı gənc öldü

    6

    İmişli rayonunda bədbəxt hadisə baş verib.

    Hurriyyet.org-un apa-ya istinadən xəbərinə görə, rayon sakini, 1993-cü il təvəllüdlü Mahmudov Fəqan Güləhməd oğlu trayleri təmir edən zaman maşının detalı açılaraq ona dəyib.

    F. Mahmudov aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.