İmişlidə ana oğlu ilə birlikdə özünü çaya atmaq istədi – POLİS QARŞISINI ALDI

    24

    Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə birlikdə özünü çaya atmağa cəhd göstərib.

    Daxili İşlər Nazirlyinin Mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb. Onlar İmişli Rayon Polis Şöbəsinə təhvil veriliblər.

    Araşdırma aparılır.