İmişlidə motosiklet su kanalına aşdı: 1 ölü, 1 yaralı

54

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qaralar kəndi ərazisində kənd sakini Vasif Məmmədov idarə etdiyi “İJ” markalı motosikleti su kanalına aşırıb.

Nəticədə o, suda boğularaq ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.