Şimali Koreyadan Trampın qərarına MÜNASİBƏT

    6

    Rəsmi Pxenyan ABŞ-la danışıqların aparılmasında hələ də maraqlıdır.

    Hurriyyet.org “RİA Novosti”yə istinadən xəbər verir ki, KXDR-in xarici işlər nazirinin müavini Kim Ke Qvan bu haqda bəyanat verərək bildirib ki, ABŞ prezidenti Donald Trampın sammitin ləğv edilməsinə dair qərarı beynəlxalq ictimaiyyətin istəyinə ziddir.

    O, KXDR-in bu danışıqlara başlamasında maraqlı olduğunu qeyd edib.