Şimal-cənub müharibəsi və Makronun cəsədi həyata QAYTARMAQ CƏHDİ

    12

    Prezident seçkilərində Emmanuel Makronun bir il əvvəlki qələbəsi Fransanın Avropa səhnəsinə qayıdışından xəbər verdi. Yelisey sarayının indiki sahibinin sələfləri – Nikola Sarkozi və Fransua Olland Avropa İttifaqının gündəliyində kifayət qədər ətalətli və passiv rol oynayırdı. Avropa İttifaqı Makronun timsalında aydın məqsədi olan islahatçını əldə etdi.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, republic.ru saytı Fransa prezidentinin Avropa İttifaqı ilə bağlı irəli sürdüyü ideyaları və onların reallaşma imkanları ilə bağlı məqaləni dərc edib. Həmin məqaləni təqdim edirik.

    Beşinci respublikanın prezidenti tərəfindən qarşıya qoyulmuş hədəf həqiqətən böyükdür: eyni dərəcədə özlərini avropalı və milli eyniliklərin daşıyıcıları hesab edən vətəndaşların olduğu güclü və birləşmiş Avropanı yaratmaq.

    “Bizim vəzifəmiz Avropanın müstəqilliyinin bünövrəsini inşa etməkdir”, – ötən ilin sentyabrında Parisdə Sarbonna Universitetinin tələbələri qarşısında Avropa İttifaqında dəyişikliklər haqqında proqram nitqi ilə çıxışında Makron bildirdi.

    İslahatlar planı bir neçə istiqamətə toxunur. Onun bir hissəsi iqtisadi və müdafiə sferalarında Avropa İttifaqının inteqrasiyasının dərinləşdirilməsinə, digər hissəsi isə ümumavropa səviyyəsində demokratiyanın möhkəmləndirilməsinə həsr edilib. İyunun sonunda Brüsseldə Avropa İttifaqının növbəti sammitində ittifaq hökumətləri Parisin təkliflərinə cavab verməlidir.

    Kollektiv məsuliyyət avrozonası

    Makronun islahatlarının birinci bəndi avrozonın arxitekturasının möhkəmləndirilməsidir. Bu gün Avropa İttifaqının 19 ölkəsi milli məzənnə kimi avrodan istifadə edir, eyni zamanda sərbəst büdcə siyasətini həyata keçirirlər və böhran halında Avropa Mərkəzi Bankına (YESB) bel bağlaya bilmirlər. Vahid dövlət valyutanın arxasında olmadığı üçün bu vəziyyət qeyri-sabitlik potensialı yaradır.

    2009-cu ildə dünya maliyyə kollapsı fonunda valyuta ittifaqın bir neçə ölkəsi (əsasən, Cənubi Avropa) üçün xidmət göstərmək iqtidarında deyildi. Vəziyyət kritik nöqtəyə çatanda Almaniya və digər üzvlər avrozonanın böhrana düşmüş ölkələrinə maliyyə dəstəyi verilməsini nəzərdə tutan Avropa stabilləşdirmə mexanizmi (ЕСМ) fonduna pul ayırmağa razılıq verdilər.

    Bundan sonra isə həmin ölkələrdən rəqabət qabiliyyətinin artırılması üçün islahatların və büdcə kəsirinin ixtisarı məqsədiylə “kəmər sıxma” siyasətinin aparılmasını tələb etdilər. Nəticədə, iqtisadiyyatı daxili tələbatla bağlı olan bəzi Cənubi Avropa ölkələri durğunluq içindədirlər.

    Makron valyuta ittifaqının möhkəmləndirilməsi üçün bir neçə təklif irəli sürür. Bu təkliflərdən birinə çoxmilyardlı büdcəylə göstəriş verə biləcək avrozonanın maliyyə naziri vəzifəsinin yaradılması. “Federal" xəzinənin valyuta ittifaqına üzv ölkələrinin vəsaitləri hesabına, həmçinin Avropa səviyyəsində yeni vergilərin tətbiqi hesabına doldurulması nəzərdə tutulur. Başqa sözlə, fransız lider avrozonanın cənub (İspaniya, Portuqal, Yunanıstan) və şimalı (Almaniya, Niderland, Avstriya) arasında sazişi təklif edir. Cənub hökumətləri büdcə xərcini optimallaşdırmağa və struktur islahatlar yolu ilə rəqabətə davamlılığı yüksəltməyə davam edəcəklər.

    Makronun təklifləri birmənalı qarşılanmayıb. Narazılığı, xüsusi halda Avropa xəzinəsinin donor ölkələri ifadə etdilər. Paris və Avropa Komissiyasının gündəliyindən, xüsusi halda, artıq Almaniyanın baş kansleri Angela Merkel uzaqlaşıb. Merkel XDS/XSS partiya blokunun təzyiqi altında bildirdi ki, avrozonanın böyük büdcəsinin yaradılmasını bloklayacaq. Alman lideri vurğuladı ki, bu institutun yaradılmasına yalnız o halda dəstək verəcək ki, o Bresseldəki məmurlar deyil, milli hökumətlər tərəfindən dəstəklənsin.

    Makronun islahatlarına görə Hollandiyanın baş naziri Mark Ryutte də həyacanlandı.

    “Mən düşünürəm ki, böhrana hazırlanmaq hər ölkənin ayrı işidir və böhrandan müdafiənin ən yaxşı vasitəsi möhkəm büdcə siyasətinini aparmaqdır”, – o, Almaniyanın “Spiegel” nəşrinə müsahibəsində bildirib.

    Martda Hollandiya, İrlandiya, Finlandiya, Danimarka, İsveç, Litva, Latviya və Estoniyanın maliyyə nazirləri kollektiv bəyanat verərək avrozonanın inteqrasiyasının dərinləşməsinə qarşı fikrini bildirdilər. Nazirlər təkid edirlər ki, əsas maliyyə qərarları Brüsseldəki məmurlar tərəfindən deyil, öz vətəndaşlarının maraqlarını nəzərə alaraq milli hökumətlər tərəfindən qəbul edilməlidir. Qeyd etmək lazımdır ki, İsveç və Danimarka milli məzənnə kimi avrodan istifadə etmir. Ancaq burada iki məqamı nəzərə almaq lazımdır: avrozonın qərarları Skandinaviya ölkələrinin iqtisadiyyatına birbaşa təsir edir və artıq avro ən yaxın illərində Avropa İttifaqının bütün üzvlərinin valyutası olmalıdır. Şimal ölkələrinin əsas narahatlığı bundan ibarətdir ki, avrozonanın risklərinin bütün ittifaq üzrə bölgüsü cənub ölkələrini bədxərcliyə itələyəcək və donor ölkələr digərlərinə ödəməli olacaq.

    Makron “cənub düşərgəsi”nin liderlərindən də dəstək gözləməməlidir. İspaniyada vəziyyət Mariano Raxoya hökumətinin istefasından sonra qeyri-stabil qalır. Onu baş nazir vəzifəsində Pedro Sançes əvəz edib. Onun partiyası isə 350 yerlik parlamentdə 84 kresloya malikdir.

    İtaliya da həmçinin güzəştlərə getmək niyyətində deyil. Əksinə, “Liqa” partiyası və populist “Beş ulduz hərəkatı”nın idarə etdiyi koalisiya hökuməti Brüsseli tənqid edərək və büdcə intizamına riayət etmə üzrə öhdəliklərdən imtina edərək xal toplayır.

    Ümumavropa ordusu

    Makronun başqa ambisiyası ümumavropa hərbi güclərinin yaradılması ilə bağlıdır.

    “Növbəti onilliyin başlanğıcında Avropa operativ reaksiya güclərinə, ümumi müdafiə büdcəsinə və vahid strateji doktrinaya malik olmalıdır”, – Sarbonnada çıxışında fransız lider deyib.

    Həm də burada Parisin planı bir yerdə fırlanaraq dayanıb. Məsələn, ötən il “Daimi strukturlaşmış əməkdaşlıq” (PESCO) layihəsi işə başlayıb. Avropa hökumətləri könüllü əsasda ona qoşula bilər. Strukturun vəzifəsi döyüş hədəflərinin dərinləşdirilməsi və birgə müdafiə qabiliyyətinin inkişafıdır. Avropa diplomatiyasının başçısı Frederika Moqerini PESCO-nun yaradılmasını “Avropanın müdafiəsi üçün tarixi an” adlandırmışdı. Faktiki olaraq, bu struktur 2013-cü ildə Avropa İttifaqının üzvlərinə təqdim edilən tələbləri təkrarlayır. Avropa Müdafiə Agentliyinin (European Defence Agency) keçmiş rəhbəri, hazırda beynəlxalq münasibətlər üzrə Avropa Şurasının elmi işçisi Vitni Niki şikayətlənib ki, müqavilənin şərtlərinə görə PESCO üzvlərinin öz üzərinə götürdüyü öhdəliklər de-fakto heç bir əhəmiyyətə malik deyil.

    Qeyd edək ki, PESCO-nun indiki formatı lap əvvəldən müəyyən edilməmişdi. “Financial Times” nəşrinin yazdığına görə, layihə ilə bağlı alman və fransız siyasətçiləri uzun müddət eyni mövqeyə gələ bilmirdilər. Berlin razılaşmanın iştirakçılarının siyahısının maksimal genişləndilməsinin tərəfdarı kimi çıxış edirdi. Paris isə, öz növbəsində təkid edirdi ki, PESCO yaxşı təchiz edilmiş və Avropa İttifaqının mandatı altında xarici əməliyyatlara hazır olan müttəfiqlərin məhdud sayı əsasında formalaşdırılmalıdır. Görünür ki, Fransa bu mübahisə uduzdu.

    Yekunda Avropanın beynəlxalq səhnədə müstəqillik cəhdi və onun resursları arasında zəhmli boşluq qalır. Avropa İttifaqının 28 dövlətindən yalnız üç dövlət – Yunanıstan, Böyük Britaniya və Estoniya NATO-nun tələbini yerinə yetirir və ümumi daxili məhsulun 2 faizini müdafiəyə xərcləyir. Almaniya ABŞ-dan müstəqil xarici kurs üçün mübarizə aparır. Berlin hərbi ehtiyaclara ümumi daxili məhsulun 1,2 faizini xərcləyir. Bundesver (Müdafiə Nazirliyi- red.) bildirir ki, 2025-ci ilə bu göstərici yalnız 1,5 faizə qədər artacaq.

    Avropasayağı müstəqillik

    Makronun üçüncü ideyası Avropa İttifaqının bürokratik maşından avropalıların xeyrinə hərəkət edən demokratik instituta çevirməklə bağlıdır. Belə atmosferin yaradılması üçün Avropa Parlamentinin qanunauyğunluğunu yüksəltmək lazımdır. Fransız prezidentinin təklifinə görə, Avropa Parlamentinin deputatlarının yarısı milli deyil, ümumavropa siyahıları üzrə seçilməlidir.

    Hələ 2014-cü ildə seçkilərindən əvvəl Brüssel “Spitzenkandidaten” adlanan analoji təkliflə çıxış etdi. Təklif Avropa Parlamentinin fraksiyalarından hər birinə səsvermə ərəfəsində Avropa Komissiyasının sədrliyinə namizədi irəli sürməyə imkan verirdi. Müvafiq olaraq, Avropa İttifaqının əsas icraçı orqanının başçısının kreslosu seçkilərin nəticəsinə görə ən məşhur fraksiyadan namizədə ayrılırdı. Ancaq belə sistem istənilən müvəffəqiyyəti qazana bilmədi. Seçki məntəqələrinə gəlmə onsuz da aşağı səviyyədə (43 faiz) qaldı.

    Avropalıların əksəriyyəti seçkilərdə iştirak etmədilər. Vətəndaşların əksəriyyəti problemləri milli səviyyədə həll etməyə üstünlük verir. Bunu, xüsusi halda, “Chatham House” analitik mərkəzinin Avropa İttifaqının 10 ölkəsində keçirdiyi ictimai rəy sorğuları da göstərir. Rəyi soruşulanların yalnız 22 faizi səlahiyyətlərin Avropa İttifaqının institutları ilə bölüşdürülməsini dəstəklədilər, halbuki 50 faizi dedilər ki, səlahiyyətlərin daha çoxunu öz ölkələrinə qaytarmaq istəyirlər.

    Təəccüblü deyil ki, növbəti seçkilərdə avropalı parlamentarilərin özləri də ümumavropa siyahılarına qarşı çıxış etdilər. Bu addıma Avropa Parlamentinin 274 üzvü səs verdi, 368-i ona qarşı çıxdı.

    İnteqrasiyanın hüdudları

    Avropa İttifaqının yenidən qurulması üzrə Makronun təklifləri ətrafında intriqa hələ qalır. Avropa İttifaqının iyun sammitindən sıçrayışı gözləmək olmur. Çox güman ki, Makron tək istiqamət üzrə – müdafiə sferasında müvəffəqiyyət qazana bilər. Fransa Avropa Müdaxilə Gücü (European Intervention Initiative, EII) çərçivəsində Böyük Britaniya da daxil olmaqla, on Avropa ölkəsini birləşdirməyə hazırlaşır. Faktiki olaraq, EII PESCO versiyasını təşkil edir. Onun yaradılmasını almanlar bloklamışdılar.

    Əslində 2016-cı ildən sonra Avropanın birliyinin gücləndirilməsi üçün imkanlar pəncərəsi açıldı. İttifaq üçün təhlükələr var: avrozonada qeyri-sabitlikdir, ABŞ-dan hərbi asılılıq çox açıq şəkildə özünü göstərir. İnteqrasiyanın əsas rəqibi olan Böyük Britaniya Avropa İttifaqından çıxmağa səs verdi. Amma iş konkret ölçülərə çatanda, aydınlaşdı ki, hər şey elə də hamar deyil. Avrozonanın şimal ölkələri valyuta ittifaqının sabitliyi üçün şəxsi resursları qurban verməkdən imtina edirlər. Almaniya müdafiə sahəsində lider mövqeyi tutmağa hazır deyil. Görünür, avrointeqrasiyanın velosipedi sonsuz gedə bilməz. Avropanın Birləşmiş Ştatlarının yaradılması haqqında ideya mərkəzləşdirilmiş büdcə və ümumi demokratik məkanla özünü bitirdi. Və hətta Avropa inteqrasiyasının indiki nailiyyətlərinin saxlanılması şübhə altında qalır.