İŞLƏR DƏYİŞİR! – ABŞ BÖLGƏDƏN ÇIXACAQ VƏ…

    18

    Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanından sonra Misir də Suriyaya hərbçi yollamaq niyyətində olduğunu açıqlayıb.

    ABŞ-n öz hərbçilərini çıxardıqdan sonra Suriyanın şimalında ərəb qüvvəsi yaratmağı planlaşdırdığı iddiası gündən-günə reallaşmaqdadır. Səudiyyə Ərəbistanından sonra Misir də Suriyaya hərbçi yollamaq niyyətində olduğunu bildirib.

    Misirin “Əl Əhram” dövlət qəzetində verilən xəbərə görə, xarici işlər naziri Sami Şükrü digər ölkələrlə birlikdə Suriyada hərbçi göndərmək barəsində müzakirələr apardığını söyləyib.

    Qəzet yazır: “Suriyadakı vəziyyətdən danışan Şükrü mövcud qüvvələrin yerinə Ərəb qüvvəsinin keçməsinin ehtimal olduğunu bildirib. Bu təklif sadəcə mediada deyil, səlahiyyətli nümayəndələr tərəfindən də müzakirə edilib”.

    Amerikanın “Wall Street Journal” qəzeti ABŞ-ın Suriyanın şimalındakl qüvvələrin yerinə yerləşdirmək və İŞİD ilə mübarizənin sona çatdırmasından sonra ölkənin şimal-şərqinin yenidən sabitliyə qovuşmasına köməkçi olmaq üçün ərəblərdən ibarət bir birlik qurmağı planlaşdırığını aprel ayının ortasında bildirmişdi.

    Bundan dərhal sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri daha da böyük bir koalisiya qurulacağı təqdirdə, Suriyaya hərbçi göndərməyə hazır olduqlarını söyləmişdi.

    Hurriyyet.org